adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Mart 2017 20:36
5970
DÜNYA

Londondakı terrorda 11 ölkənin vətəndaşı zərər çəkib

Böyük Britaniyanın Baş naziri Tereza Mey Londonda törədilmiş terror aktında 11 ölkənin vətəndaşlarının zərər çəkdiyini deyib.

Baş nazir bildirib ki, zərər çəkənlərin 12-i britaniyalı, 3-ü fransız, 2-i rumıniyalı, 4-ü Cənubi Koreya vətəndaşı, Polşa, İrlandiya, Çin, ABŞ və İtaliyadan hər birindən 1 nəfər, 2 nəfər isə Yunanıstan vətəndaşlarıdır.

Qeyd edək ki, ötən gün Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.(Trend)