Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək
Ukrayna nümayəndə heyəti gələn həftə Londonda keçiriləcək danışıqlarda iştirak edəcək.
Adalet.az “UNİAN” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko təsdiqləyib.
İclasda ABŞ və Avropa ölkələrindən olan nümayəndələrin Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edəcəyi gözlənilir.
O xatırladıb ki, aprelin 17-də Parisdə baş tutan görüşdə Ukraynanı Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov təmsil ediblər.
“Qrupumuz iştirak edəcək. Mən heyəti açıqlamayacağam. Lazım gələrsə, tərkibə düzəlişlər ediləcək, lakin Ukrayna bu danışıqlarda mütləq iştirak edəcək”.
Digər Xəbərlər
26 Sentyabr 2026 16:00
"İran rəhbərliyinin bir neçə gündə devriləcəyini hesab edirdilər" - Pezeşkian
26 Sentyabr 2026 14:00
Bu qış Ukraynanı fəlakət gözləyir
26 Sentyabr 2026 13:46
Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
26 Sentyabr 2026 10:23
Panda diplomatiyası geri döndü
26 Sentyabr 2026 10:00
“İran artıq ABŞ-yə etibar etmir”
26 Sentyabr 2026 09:52
“İnsanları dəyənəklə əhliləşdirmək lazımdır” - Ukraynada səfərbərlik qalmaqalı
26 Sentyabr 2026 00:10
Xəzərdə batan hərbçilərin adları açıqlandı - Yaxınları fəryad etdi - VİDEO
26 Sentyabr 2026 00:00


Bakı -°C

