adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Noyabr 2018 18:00
4782
GÜNDƏM

Londonda Ermənistanın təxribatının qarşısı alındı

Londonda keçirilən "Dünya Səyahət Bazarı” sərgisində Ermənistan stendində işğal altında olan Dağlıq Qarabağa aid bölmənin ayrılması və sərgi iştirakçılarına təbliğat vasitələrinin paylanması cəhdləri boşa çıxıb.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmidin təşkilatçılar qarşısında qaldırdığı qəti tələb və rəsmi etiraz nəticəsində stend və Qarabağın turistik bölgələri nümayiş etdirilən çap materialları aradan qaldırılıb.

Dövlət Turizm Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Cəmilə Talıbzadənin səyləri ilə Böyük Britaniyadakı Azərbaycan səfirliyi də prosesə cəlb olunub.

Qeyd edək ki, sərgidən öncə də Azərbaycan tərəfindən təşkilatçılara bu barədə məlumat verilib. Bundan sonra da digər bütün beynəlxalq tədbir və sərgilərdə Ermənistanın Dağlıq Qarabağı ayrıca subyekti kimi təqdim etməyə yönəlmiş təxribat mahiyyətli bütün cəhdlərinin qarşısı alınacaq.