Lökbatanda 2 avtomobil toqquşdu, ölən və xəsarət alanlar var
Avqustun 28-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi "Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi "VAZ-21019” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
03 May 2024 17:14