Milli Məclis bələdiyyələrlə bağlı hesabatı təsdiqlədi
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Adalet.az-ın məlumatına görə, məruzədə qeyd edilir ki, Bələdiyyələr tərəfindən qanunsuz torpaq sahələrinin mülkiyyətə verilməsi halları müəyyən edilib.
Qeyd edilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilmişdir.
Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
2025-ci il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilmiş, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
Hesabatda həmçinin bildirilib ki, 2025-ci ildə 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Aparılmış müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşıb.
Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq qəbul edilib.
Digər Xəbərlər
13 Fevral 2026 13:32
Gələcəyin texnoloji dövlət modeli
13 Fevral 2026 13:07
"Daşınmaz əmlaklarla bağlı yeni qanun layihəsi hazırlanmalıdır" - Deputat
13 Fevral 2026 12:57
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək
13 Fevral 2026 12:54
"Mülkiyyət müqəddəsdir, dövlət ondan da müqəddəsdir" - Siyavuş Novruzov
13 Fevral 2026 12:46
"Bəzi bələdiyyə sədrləri iclasları formal keçirir" - Deputat
13 Fevral 2026 12:12
"Əgər Pezeşkiyana səlahiyyətlər dövr edilərsə..."
13 Fevral 2026 11:59
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
13 Fevral 2026 11:53


Bakı -°C

