Əli Əsədov nazirlərə tapşırıqlar verdi
Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib, sosial-iqtisadi inkişaf strategiyası müzakirə edilib.
Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, iclasda Azərbaycan Prezidentinin 30 may 2025-ci il tarixli Sərəncamında nəzərdə tutulan tapşırıqlara uyğun olaraq "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın layihəsi və onun əsas hədəfləri geniş şəkildə nəzərdən keçirilib. Eyni zamanda, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın layihəsi də müzakirə mövzuları sırasında yer alıb. Bundan başqa, 2025-ci il ərzində iqtisadi artımın əsas hərəkətverici amilləri, müxtəlif fəaliyyət sahələrindəki mövcud durum, həmçinin ilin yekunlarına görə makroiqtisadi və maliyyə sabitliyi sahəsində vəziyyət və siyasət prioritetləri, eləcə də digər cari məsələlər əhatəli şəkildə müzakirə olunub.
Gündəlikdəki məsələlər barəsində Baş nazirin müavinləri Samir Şərifov və Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, həmçinin Mərkəzi Bankın sədri Taleh Kazımov məruzələrlə çıxış ediblər. İclasda təqdim edilən mövzularla bağlı İqtisadi Şuranın üzvləri öz rəy və təkliflərini bölüşüblər.
İclasın sonunda "Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın layihəsi və digər müzakirə olunan məsələlər üzrə müvafiq tapşırıqlar müəyyənləşdirilib.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

