Liseydə boynundan güllələnən direktor müavini əməliyyat olundu - YENİLƏNİB
06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.
Kliniki Tibbi Mərkəzdən Adalet.az-a bildirilib ki, aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.
Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.
11:15
Bu gün saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.
Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.
Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
*** 11:05
Xəbər verdiyimiz kimi, "İdrak" liseyində şagird müəllimini güllələyib.
Xəsarət alan qadın riyaziyyat müəllimi Ş.K Kliniki Tibbi Mərkəzə yerləşdirilib. /Unikal
**** 10:49
Güllə müəllimənin boyun nahiyəsinə dəyib.
Adalet.az xəbər verir ki, onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Ş.K "İdrak" liseyinin direktor müavini olub.
Digər Xəbərlər
27 Fevral 2026 19:22
Şamaxıdakı zəlzələ anından - GÖRÜNTÜLƏR
27 Fevral 2026 18:02
"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlının meyiti dənizdən tapıldı
27 Fevral 2026 16:31
Azərbaycanda güclü zəlzələ oldu - FHN məlumat yaydı + YENİLƏNİB
27 Fevral 2026 11:40
Bakı-Qazax yolunda yük avtomobili aşdı - VİDEO
27 Fevral 2026 10:06
Sumqayıtda poladəritmə sexində partlayış - Fəhlələr xəsarət aldı
27 Fevral 2026 09:43
Maşında sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - VİDEO
26 Fevral 2026 23:45
Meyxanaçı Vahid Qədim Luqanskda itkin düşüb - İDDİA
26 Fevral 2026 13:17


Bakı -°C

