Liderlər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 16-da Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
Adalet.az xəbər verir ki, Türkiyə lideri BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, eləcə də regionda sülhün və sabitliyin möhkəmləndirilməsi səylərini müzakirə etməyi planlaşdırır. Fələstin, Suriya, Yəmən və Somalidəki vəziyyətə xüsusi diqqət yetiriləcək.
BƏƏ Körfəz ölkələri arasında Türkiyənin ən böyük ticarət tərəfdaşıdır. Ankara ilə Əbu-Dabi arasında ticarət dövriyyəsi ildə 16 milyard dollara çatıb. Türkiyə və BƏƏ liderləri qarşılıqlı ticarəti 40 milyard dollara çatdırmaq üçün qarşıya ortamüddətli məqsəd qoyublar. Türkiyə Prezidentinin BƏƏ-yə son səfəri 2023-cü ilin iyul ayında baş tutub. Tərəflər ikitərəfli münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsinə qaldırdıqlarını elan ediblər.
Daha sonra Türkiyə lideri Efiopiyaya səfər edəcək.
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

