Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Bakıda və Abşeron yarımadasında aprelin 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Yağıntılar səhər tədricən kəsiləcək, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq.
Qərb küləyi bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

