adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
24 Oktyabr 2014 12:15
3086
GÜNDƏM

Leyla Yunusun dissertasiyası ləğv ediləcək

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun alimlik dərəcəsi ləğv ediləcək. Haqqın.az saytının verdiyi məlumata görə, bu barədə AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib. C.Bəhrəmov bunu L.Yunusun elmi əsərinin plagiat olması ilə əlaqələndirib: "Leyla Yunusun doktorluq dissertasiyasının ləğv edilməsi məsələsi AMEA Tarix İnstitutunda müzakirə edilir. Müvafiq müraciət yaxın günlərdə Prezident yanında Ali Attestasiya Komissiyasına göndəriləcək. Mənə dəqiq məlumdur ki, Leyla Yunus iki rusiyalı alimin elmi əsərlərini həyasızcasına köçürərək həmin fikirləri öz adına çıxıb. Ona görə də tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi Leyla Yunusa qanunsuz şəkildə verilib. Biz onun elmi dərəcədən məhrum olunmasını tələb edəcəyik. Başqalarının elmi fikir və ideyalarını həyasızcasına oğurlayıb öz adına çıxan adamlardan elmə heç bir fayda gələ bilməz”.