adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Avqust 2014 06:03
6476
SİYASƏT

Leyla Yunusa yuxusunda belə görə bilməyəcəyi mükafat istənildi

Gələcək Azərbaycan Partiyası adında siyasi təşkilat gündəmə gəlməyin yolunu tapıb. Yarandığı müddətdən bu yana siyasi proseslərdə süstlük nümayiş etdirən, adı belə cəmiyyətə doğru-dürüst bəlli olmayan bu qurum həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa Nobel Sülh Mükafatının verilməsini istəyib. Partiya yaydığı bəyanatda L.Yunusun 20 illik fəaliyyətinə diqqət ayrılsa da onun anti-Azərbaycan fəaliyyətinə dair heç bir məqama rast gəlinmir. Maraqlıdır GAP funksionerləri (əgər varsa) belə düzgün siyasi analiz apara bilirsə niyə bu müddət ərzində ölkədə və regionda baş verən proseslərlə bağlı hər hansı mövqe otraya qoya bilməyib?