Leyla və Arzu Əliyevalar “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış oldular - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar.
Adalet.az xəbər verir ki, mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın, xüsusilə Şəki bölgəsinin qədim keramika irsinin qorunması, bu sənət ənənələrinin gələcək nəsillərə ötürülməsi və ölkəmizin mədəni irsinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir.
Qeyd olunub ki, mərkəzdə yerli sənətkarlar üçün əlverişli istehsal şəraiti yaradılıb, onların məhsullarının bazara çıxışı və yaradıcılıq fəaliyyətinin inkişafı dəstəklənir.
Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva “ABAD”çı rəssam keramistlərin fəaliyyəti ilə yaxından tanış olub, keramika məhsullarının hazırlanması prosesində sənətkarlarla birlikdə iştirak ediblər. Sənətkarlar tərəfindən müxtəlif keramika nümunələrinin hazırlanmasında Leyla Əliyevanın rəsm əsərlərindən ilham alındığı diqqətə çatdırılıb. Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür edib, milli sənət ənənələrinin qorunması və inkişafı istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Sonda Mərkəzin kollektivi və sənətkarlarla xatirə şəkilləri çəkdirilib.
Digər Xəbərlər
28 Aprel 2026 16:27
Qırmızı Bazara çatan növbəti ailələrə mənzillərin açarları təqdim olunub
28 Aprel 2026 15:31
Xocavənd şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim edilib
28 Aprel 2026 13:08
Qaradağda dağılan körpü yenidən tikiləcək
28 Aprel 2026 12:39
Sabunçu tunelindəki çökmə aradan qaldırılacaq
28 Aprel 2026 12:35
Yağışla bağlı elektrik şəbəkələrinə dəymiş ziyan aradan qaldırılacaq
28 Aprel 2026 12:33
Keşlədə kollektorun üzərində tikilən evin sakinlərinə maddi yardım veriləcək
28 Aprel 2026 12:22
Qotur göllə bağlı zəruri tədbirlər görüləcək
28 Aprel 2026 10:54


Bakı -°C

