Leyla və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində - FOTOLAR
Martın 14-də Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.
Adalet.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iftar məclisində iştirak ediblər.
İftar süfrəsinə Azərbaycanın müxtəlif bölgələrindən və ucqar kəndlərindən şəhid ailəsi üzvü, müharibə iştirakçıları, qazilər dəvət olunublar.
Mərasimdə “Qurani-Kərim”dən ayələr və şəhidlərimizin ruhuna dualar oxunub.
Çıxış edənlər Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıblar. Həmçinin dövlətimizə, xalqımıza xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı, Rəşadətli Azərbaycan Ordusunun mənsublarına güc-qüvvət arzulanıb, ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.
“Fire Land Group”un “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış edib.
Qeyd edək ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın yad edildiyi, onların ailələrinin iştirak etdiyi “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində silsilə tədbirlər təşkil olunur. Şəhid ailələrinin iştirakı ilə keçən bu cür tədbirlər indiyədək bir sıra rayonları əhatə edib.
Digər Xəbərlər
14 Mart 2026 12:41
Bazar günü hava necə olacaq?
14 Mart 2026 12:27
Bakıda genişmiqyaslı təmizlik işləri aparılıb, küçələr yuyulub - FOTOLAR
14 Mart 2026 12:15
Xocavəndin bu kəndinə ilk köç yola salındı
13 Mart 2026 17:46
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13 Mart 2026 13:59
Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb
13 Mart 2026 12:55
Azərbaycan bu xəstəlikdən azad ölkə statusu aldı
13 Mart 2026 12:19
Bakıda sökülən bu evlərə fərqli kompensasiya verilməsi təklif olunur
13 Mart 2026 11:57


Bakı -°C

