Leyla və Alena Əliyeva Gəncədə sağlam qida layihəsinə baxış keçirib - FOTOLAR
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə fəaliyyət göstərən qadın sahibkar Fidan Zari tərəfindən yaradılmış “Zarif Natural” brendi ilə tanış olublar.
Adalet.az xəbər verir ki, onlar sahibkarla səmimi söhbət edib, ideyanın formalaşması, brendin yaranma hekayəsi və məhsulların hazırlanma prosesi ilə maraqlanıblar. Daha sonra müəssisədə soyuq sıxım üsulu ilə müxtəlif yağlar və digər məhsullar birgə hazırlanıb.
Leyla Əliyeva və Alena Əliyeva qadın sahibkara fəaliyyətində uğurlar arzulayıb, onun təşəbbüskarlığını və zəhmətkeşliyini yüksək qiymətləndirib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, “Zarif Natural” brendi sağlam və balanslı qidalanma prinsiplərinə əsaslanaraq soyuq sıxım yağların, qatqısız çərəz əzmələrinin və qlütensiz unların istehsalı və istehlakçılara təqdim olunması istiqamətində fəaliyyət göstərir.
Digər Xəbərlər
08 Fevral 2026 10:09
Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib?
08 Fevral 2026 09:56
Leyla və Alena Əliyeva Şah Abbas məscidində - FOTOLAR
08 Fevral 2026 09:32
Leyla və Alena Əliyeva Gəncə Memorial Kompleksində - FOTOLAR
07 Fevral 2026 13:56
“Yas məclisi təsəlli, səbr, dua və sosiallaşma, həmdərd olmaq üçündür...”
07 Fevral 2026 12:58
Alidə Mustafayeva Seymur Orucovdan ayrılıb? - Özündən açıqlama
06 Fevral 2026 18:34
Prezident Axar-Baxar və İlisu milli parkları ilə bağlı fərman verdi
06 Fevral 2026 18:10
Bakıda ağacları kəsdilər - Təbiətə 25 min manat ziyan vuruldu
06 Fevral 2026 17:49


Bakı -°C

