adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Iyun 2020 16:31
50674
ŞOU-BİZNES

Leyla oğlu ilə istirahətdə - Fotoqraf həyat yoldaşı isə...

Tanınmış müğənni Leyla Ramazanlıvaxtı ilə müsahibələrinin birində belə bir figir söyləmişdi:” Əksər müğənnilərdeyirlər ki, müğənni oldum, ailə həyatı qura bilmədim. Yaxud şəxsi həyatımdaişlərim yolunda getmədi. Onlar, yəqin, bu cür sözlər deməklə öz "imiclərini"dəyişmək istəyirlər. Bu sahə elə bir müqəddəs sahədir ki, sən ancaq yeni işlərüzərində çalışmalısan. Mən müğənni olandan sonra həyatımda bir çox şeylər dəyişdi.Tamaşaçılar tərəfindən sevildim, mahnılarım dillər əzbəri oldu. Hara gedirəmsə,çox böyük hörmətlə məni qarşılayırlar. Bunlar da yəqin, müğənninin şəxsiyyətinəverilən bir hörmətdir.


O ki qaldı şəxsi həyatıma... Mən inanıram ki, vaxtı gələndə məni və sənətimisevən birisi ilə ailə həyatı quracağam. Elə bir insan da yoxdur ki, mənə nəsəqadağalar qoysun. Təbii ki, qadağalar da qoyulsa, özüm də qəbul etmərəm. Çünkimənə yaxınlaşan insan artıq bilir ki, mən müğənniyəm. Elə bir insanla ailə həyatıqurmaq istərdim ki, sənətimdə həmişə mənə dəstək olsun. İnanıram ki, belə dəolacaq.

Jurnalist:- - Amma hər dəfə siz fikirləşdiyinizkimi də olmur...

- Olmasa da, vallah, olmayacaq (gülür). Bu problem təkcə müğənnilikdə deyil. Eləkişilər var ki, istəmirlər ki, qadınları müəllim, həkim, yəni hər hansı peşəninsahibi olsunlar. Bizim də elə müğənnilərimiz var ki, ailə həyatı qurandan sonrasənətlərini davam etdirmirlər. Bu da onların öz ailələri arasında olananlaşmadır. Şəxsən mən ailə qurandan sonra da mütləq sənətimi, yaradıcılığımıdavam etdirəcəyəm. Əgər sənətimi davam etdirməyəcəyəmsə, niyə bu qədər əziyyətlərçəkirəm? Bütün bunların hamısını gələcəyimə görə edirəm”.


Leylaxanım bu gün sosial şəbəkədə yenifotolar paylaşıb. Bu fotolardan aydın olur ki, " Mən inanıram ki, vaxtı gələndəməni və sənətimi sevən birisi ilə ailə həyatı quracağam” fikrini deyəsən həyatakecirə bilib.

Adalet.az xəbər verir ki, istirahətdə olan müğənni oğlu Muhəmməd ilə yenifotolarını paylaşıb. Onun paylaşımı izləyicilərinmarağına səbəb olub. Fotoların fotoqraf həyat yoldaşı tərəfindən cəkildiyi dəanlaşılır.

Xatırladaqki, ifaçı tanınmış fotoqraf Kamran Aydınova ərə gedib. Həmin vaxt toydan ilkgörüntüləri Leyla özü paylaşmış və busözləri yazmışdı:"2012-2019 illər arasında çəkilən kliplərimin rejissoru,həyatımın anlamı. Həyatıma gəldiyin gündən xoşbəxtəm. Toy günümüz mübarək!"

Əntiqə RƏŞİD