Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) inzibati binasını ziyarət ediblər.
Adalet.az xəbər verir ki, TMİF-nin prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq rəhbərlik etdiyi qurum tərəfindən türk xalqlarının ortaq irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verib. Leyla Əliyeva Türk dünyasının zəngin tarixinin və mədəniyyətinin dünyaya tanıdılması məqsədilə TMİF-nin atdığı addımları yüksək qiymətləndirib və həyata keçirilən layihə və tədbirlərdə gənclərin iştirakçılığının daha da artırılmasının vacibliyini vurğulayıb.
TMİF-nin muzeyində təqdim olunan ənənəvi sənətkarlıq nümunələri və türk xalqlarının maddi-mədəni irsini əks etdirən digər eksponatlarla tanış olan Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqramı izləyiblər.
Yekunda Leyla Əliyeva TMİF-nin xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Fondun fəaliyyət istiqamətlərinə türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı müxtəlif layihə və tədbirlərin icrası, dəstəklənməsi daxildir.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikaları üzv, Macarıstan isə müşahidəçi dövlət qismində TMİF-nin fəaliyyətində iştirak edir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.
Digər Xəbərlər
24 Yanvar 2026 14:01
Bazar gününə olan hava proqnozu
23 Yanvar 2026 17:15
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verildi
23 Yanvar 2026 11:49
Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər
23 Yanvar 2026 11:16
Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi
23 Yanvar 2026 11:08
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
22 Yanvar 2026 11:54
Güclü qarın yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO
22 Yanvar 2026 11:26
“Heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz...”
22 Yanvar 2026 10:48


Bakı -°C

