Leyla Əliyeva Şavkat Mirziyoyevin qızı ilə görüşdü - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda keçirilən “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusundakı beynəlxalq konfrans çərçivəsində dekabrın 10-da Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüş zamanı Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlər, o cümlədən Heydər Əliyev Fondu ilə Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun birgə əməkdaşlığının dövlətlərimizin yüksəksəviyyəli əlaqələrinə verdiyi töhfə vurğulanıb.
Türkmənistanda keçirilən beynəlxalq konfransın qadınların siyasi və iqtisadi həyata fəal cəlb olunmaları, çoxtərəfli dialoqun və tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Qadınların həyatımızın müxtəlif sahələrində, o cümlədən təhsil və səhiyyə sahələrindəki mövqelərinin gücləndirilməsinin davamlı inkişafın təmin edilməsi üçün vacibliyi qeyd olunub.
Digər Xəbərlər
12 Mart 2026 14:02
"Daxili Qoşunların hərbçiləri tapşırıqları layiqincə yerinə yetiriblər" - Vilayət Eyvazov
12 Mart 2026 13:59
Nazir Vilayət Eyvazov Daxili Qoşunların 34 illiyi ilə bağlı tədbirdə - VİDEO+FOTOLAR
12 Mart 2026 13:28
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
12 Mart 2026 13:19


Bakı -°C

