Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfər edib.
Adalet.az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhid qardaşlar Əhmədovların ailəsini ziyarət edib. O, şəhidlərin xatirəsini ehtiramla yad edib, anası Sevinc Əhmədova ilə söhbət edib, qəhrəman oğullarının həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıb.
Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsi zamanı eyni gündə şəhid olublar. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Əli Əhmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları, İslam Əhmədov isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Daha sonra Leyla Əliyeva Mingəçevir şəhərində yerləşən yaşlılar üçün “Yaşa” mərkəzinə gəlib. Mərkəzdə pensiya yaşında olan şəxslər müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olur, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir. Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və Mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.
Səfər çərçivəsində Leyla Əliyeva Mingəçevir Uşaq Nevroloji Sanatoriyasını ziyarət edib. Sanatoriyada daimi əsasda 20-yə yaxın uşaq müalicə və reabilitasiya alır. Müəssisədə yaradılan şərait, tibbi xidmətin təşkili, uşaqlar üçün reabilitasiya proqramları haqqında ətraflı məlumat verilib. Leyla Əliyeva balaca pasiyentlərlə maraqlanıb, həkim və tibb personalı ilə söhbət edərək onların fəaliyyətinə uğurlar arzulayıb. Leyla Əliyeva tərəfindən Uşaq Nevroloji Sanatoriyasına ayaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən robotik reabilitasiya əlcəkləri, həmçinin müxtəlif terapiya cihazları hədiyyə olunub.
Daha sonra Leyla Əliyeva Mingəçevirdə Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində olub. Məktəbdə tar, kaman, qarmon və digər siniflər üzrə tədrislə tanış olan Leyla Əliyevaya təhsil ocağının şagirdlərinin müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirakı barədə məlumat verilib. Bildirilib ki, 70-dən çox yaşı olan musiqi məktəbində fortepiano, violin, tar, qarmon, kamança, nağara və xanəndəlik ixtisasları tədris edilir. Mədəniyyət Nazirliyinin nəzdindəki tədris ocağı 2011-ci ildən onbirillik musiqi məktəbi kimi fəaliyyətini davam etdirir. Hazırda məktəbdə 600-dən çox şagird təhsil alır. Leyla Əliyeva tərəfindən 30-dan çox zəruri musiqi aləti - tar, kamança, qarmon, violin, royal, piano və s. tədris müəssisəsinə hədiyyə edilib.
Daha sonra məktəbin akt zalında şagirdlərin ifasında konsert proqramı təqdim olunub.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

