adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Aprel 2019 16:28
33019
ƏDƏBİYYAT

Lerikdən Altaya...

Versözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hərsaət səni ol uyqudan bidar söz...

MövlanəFüzuli

Hər şey sözün ucalığıqarşısında acizdir, desək, yanılmarıq. Söz elə bir ilahi xəzinədir ki, hər kəsi,Mövlanə Füzulinin diliylə desək, -"xabi-əcəl”dən,- əcəl yuxusundan oyada bilər.Yetər ki, sözü zamanında, məqamında və yerində deyəsən...

Ancaq təəssüflər olsun ki, bu gün söz elə girdaba düşüb ki... Bəziüzdəniraqlar sözü elə ucuzlaşdırıblar ki, həqiqi söz adamları da öz hücrələrinəçəkilib bu mənzərəni təəssüflə seyr etməkdən başqa çarə görmürlər. Nə isə... Buhaqda günlərlə danışmaq olar...

Haqqında söz açacağım şəxsdə sözün ucalığına sığınaraq həyatını sözə bağlayan şəxlərdəndir. Hələ orta məktəbdəoxuduğum zamanlar onun 50-60 səhifəlik "Durna harayı” kitabına atam QədiməliƏhmədin stolunun üstündə tez-tez rast gələrdim. Arada kitabı vərəqləyib onunşeirlərindən də əzbərləyərdim. Ən xoşuma gələn şeiri isə "Babam” şeiri olmuşdu:"Hidi kişi yıxılıbdı, hələ bir yol deyilmədi”, "Hələ heç kim yıxmamışdı,- birgün ömrün qürub çağı, qocalıq yıxdı babamı” və yaxud, "Nənəmin bir şirin sözü,dar ayaqda bəsdi ona” və s. kimi uşaq düşüncəmə sarılmış misralar idi. Əlbəttə,bu kitabda onun daha sanballı şeirləri yer almışdı, ancaq bəlkə də, bu şeiruşaq təfəkkürümə daha uyğun olduğuna görə yaddaşıma hopub qalıb...

...Nizami Göydərəli... Bu ad çoxlarına tanışdı. 80-ci illər ədəbi nəslinəmənsubdur. Uzun müddət hüquq-mühafizə orqanlarında çalışsa da, sözün ucalığınıheç nəyə dəyişməyib. Aramızdakı qohumluq bağlarına baxmayaraq, Nizami Göydərəliilə heç vaxt görüşməmişdim. Ara-sıra telefon əlaqələri yaratsaq da(o da hansısaşeir almanaxına yazı lazım olanda... X. M.), şəxsən tanış olmaq qismətolmamışdı. Axır ki, "şeytanın ayağını sındırıb” bu yaxınlarda görüşə bildik.Görüş vaxtı Nizami Göydərəli nə az, nə çox, düz üç kitabını ("Mən də uçacağamtanrıya sarı”, "Sən kimsən və ya 22 gün səfərdə”, "Ömür romanı”) mənə hədiyəetdi. Bu kitabları varaqladıqca oradakı doğma hadisələr(söhbət "Ömürromanı”ndakı hadisələrdən gedir) məndə Nizami yaradıcılığı haqqında düşüncələrimioxucularla bölüşmək həvəsi yaratdı...

Nizami Göydərəlinin "durnaqatarıyla başlanan” şeir dünyası qısa müddətdə ədəbiyyat kəhkəşanında parladı.Orada "bir durna nəğməsilə” köklənən şair sevgisi ürəkləri məftun etməyibacardı. Orada "doqquz bacının qardaşı oldu”, "onu gözləyən ananın həsrəti daşüstə düşüb çilikləndi” şairin... Əzəmətli dağlar oxşadı, buz bulaqlar sərinlətdiürəklərini oxucularının...

"Mən də uçacağam Tanrıyasarı” kitabı əzablı dünyanın ədalətsizliklərinə qarşı bir etirazdır. Kitabınilk səhifəsindən oxuyuruq:

Haqsızlıqgözümə sancılan bir ox,

Deməyəsözüm az, dərdlərimsə çox.

Kiminəiçməyə bir qurtum su yox,

Kimisiokean, dəniz saxlayır.

Yaxud,

Dövləti,sərvəti özünüz yeyin,

Bizəyaşamağa bir az ruh verin,

Millətiacından qan qusan yerin,

Vəkilicibində saqqız saxlayır...

Birinci bənddə haqsızlığın baş alıb getdiyi təzadlı dünyada məzluminsanların haqlarının tapdalanmağına öz ehtiraz səsini ucaldan şair ikinci bənddəsanki hər şeydən imtina edərək, "hər şey sizin olsun, bizə yaşamağa sadəcə ruhverin”, – deyir. Haqlı olaraq burada şair varsız da, dövlətsiz də, sərvətsiz dəyaşamaq olar, ancaq ruhsuz yaşamaq olmaz məntiqini ortaya qoyur.

"Dünya cavanlaşır, biz qocalırıq” şeirində,

Arzuyaçatmağa həvəs azalır,

Yoxuşaqalxmağa nəfəs azalır,

Yarlaməhbusluğa qəfəs azalır,

Dünyacavanlaşır, biz qocalırıq.

-deyərək, dünyanın vəfasızlığından gileylənir. "Etiraf” şeirində isə əvvəlkişeirin tam əksini görürük. Burada şair keçmiş günlərinə baxıb heyifsilənərəkhisslərini şeir dililə belə ifadə edir:

Əlliyəçatanda geriyə baxdım,

İlahi,nələri itirmişəm mən.

Lazımolanları geridə qoyub,

Lazımolmayanı götürmüşəm mən.

Təzadlarla dolu olan Nizami Göydərəli yaradıcılığı oxucunu həraddımda suallar qarşısında qoyur. Ümumilikdə yaşadığımız dünyanın təzadlarladolu olması hər bir yaradıcı insanın yaradıçılığına öz təsirini göstərdiyikimi, onun yaradıcılığından da yan keçmir.

"Vermə küləklərə bircə anını, Zaman ram eləyir şahı, xanı da”("Daşıyır”),"Buqış gecəsində dörd divar və mən, Fikirlər əlindən cəza çəkirik”("Kirayəmənzildə qış gecəsi”), "Gedib qayıtmağın nə mənası var, Ürəyimyerinə qayıdan deyil” ("Şeytan qocalmır”) və s. bu kimi bədii yüklüifadələrin sayını kifayət qədər artırmaq mümkündür.

İlahi,qəbul et öz dərgahına,

Verdiyinyükləri daşıya bilmir.

Onlarüz tutublar qibləgahına,

Yerüstdə, yer altda yaşaya bilmir -

Şairləruçurlar Tanrıya sarı...

Bəlkə də, bu hisslər insanın yaşı ilə əlaqədardı... Bəlkə də,insanlaryaşa dolduqca daha çox duyurlar həyatın vəfasızlığını gənclik illərindən fərqliolaraq. Bu da həyatın bir təzadıdı bəlkə,kim bilir... Və bu zaman öz Tanrısına yaxın olmağa can atır, Ona sığınmaq istəyirhər kəs, günahları il də, yaxşılıqları ilə də...

Nizami Göydərəli də hər halı ilə söz adlı yorğanına bürünüb insanoğlunu Tanrıya aparan yola çıxarmağa can atır...

***

Bu həyatda hər kəsin bir"ömür kitabı” var. Və hər kəsin həyatında baş verən yaxşı-pis hadisələr,acılı-şirinli xatirələr, həyata keçmiş və keçməmiş arzular, sevinci, kədəri,bir sözlə, həyatının əvvəlindən sonuna kimi həmin kitabın içində cəmləşir.

Nizami Göydərəli də öz "Ömür kitabı”nda həyatında baş verən hadisələrivaraqlara köçürməklə oxucuların maraq dünyasına yol tapmağa çalışmışdır.


Şairin bu kitabı mənə digərkitablarından daha doğmadı,- yazmışdım yazının əvvəlində. Niyə? – deyib sualetsəniz, ərz edim ki, Nizaminin uşaqlıq illərinə şahidlik etmiş o yurd yerlərielə mənim də uşaqlıq illərimdən keçən qatarın müvəqqəti dayanacağı olub. Bukitabda şairin söz açdığı dağlar, qayalar, meşələr hələ də öz məğrurluğunuqoruyub saxlayır. Bu kitabda haqqında söz açılan insanların əksəriyyətidünyadan köçsələr də, yaddaşlarda hələ də yaşayırlar. Bu kitabı varaqladıqcayaddaşımın toz basmış künc-bucağında ilişib qalan böyüklü-kiçikli xatirələrpayız yağışı kimi üstümə ələnir...

Nizami Göydərəli də taleyinhökmü ilə sevildi və o da qərib durna kimi bir qərib sevginin qəlbini, içdünyasını özünə məkan seçdi, bu onu sarsıtmadı, yaşatdı, həyata bağladı:

Ey mənitaleyin hökmülə sevən,

Mən səninsevgini heç eyləmişəm.

Qəribdurna kimi girib qəlbinə,

Qəribdurna kimi köç eyləmişəm...

İnsan həyatının bütün fəsillərini qələmə almaq üçün bir kitab yetməz.Nizami Göydərəli də bu kitabda həyatının müxtəlif fəsillərinə baş vurmağaçalışmış, uşaqlığından tutmuş ta ki,

Bu evə,eşiyə sığa bilmirəm,

Küçəyə,bayıra çıxa bilmirəm.

Anamınüzünə baxa bilmirəm,

Ey başdaşı, ver atamı aparım.

Ölümhaqqdır, bu dünyada yaman haqq,

Birkimsəyə vəfa qılmır bu həyat.

Gözyaşlarım qalsın səndə əmanət,

Ey başdaşı, ver atamı aparım.

şeirinə, ordan da,

Yuxudauçuram anama sarı,

Küləkpıçıldayır: - anan ölməyib.

Özüm əllərimləqoydum məzara,

Ürəkpıçıldayır: - anan ölməyib.

şeirinə kimi...

Bəli, hər kəsin bir "ömür kitabı” olduğu kimi, bu da Nizaminin "Ömürkitabı”dır və elə bəlkə də, onu yaşadacaq kitab da elə bu kitab olacaq...

***

2011-ci ildə tanınmış şairAğacəfər Həsənli "Mars” jurnalının oktyabr sayında onun haqqında "Hamının işinəyarayan xalq adamı” başlıqlı yazı ilə çıxış etmişdir. Bu yazıda onun şəxsiyyətiilə yanaşı, xeyirxahlığı da geniş şəkildə müzakirə olunmuşdur.

Bəzən hansısa qəzet və jurnalda hər hansı sahibkar və ya iş adamıhaqqında məlumatlara rast gəldikdə, bəlkə də,heç səninçün o qədər də böyükmaraq kəsb etmir. Düşünüsən ki, ölkədə və ölkədən kənarda o qədər belə insanlarvar ki...

Ancaq bu insanların içində elələri də vardır ki, əsl ziyalı, vətənpərvər,xeyirxah insan kimi yüksək mənəviyyata, mədəniyyətə malikdir. Elə haqqında sözaçacağım insan da Nizami Göydərəlinin "Sən kimsən və ya 22 gün səfərdə”kitabında bütün insani və mənəvi keyfiyyətləri ilə xarakterizə olunmuş Altayvilayətinin Yerevoye şəhərində yaşayan "Dvoriye-İnvest” ATSC-in baş direktoruZöhrab Əliyevdir.

Peşimanolaram tez ölməyimə,

Uzanıbrahatca yata bilmərəm.

Göylərdənbaxaram əzizlərimə,

Mən əluzadaram, çata bilmərəm...

Nizami Göydərəlinin də qeyd etdiyi kimi, doğmaların qədir-qiymətinisağlığında bilmək lazımdır. Təbii ki, həyatda qarşına çıxan hər yaxşı insab birdoğmadır...

Lerikin dilbər güşələrindən sayılan Zuvand bölgəsi Respublikamıza vədünyaya böyük şəxsiyyətlər bəxş edib. Zöhrab Əliyev də bu bölgənin Göydərə kəndindəböyüyüb, boya-başa çatıb. O, ölkədən uzaqda yaşasa da,qəlbi həmişə Azərbaycanadlı vətən eşqi ilə döyünür. Zöhrab Əliyev o şəxslərdəndir ki, öz maddiimkanlarını mənəvi keyfiyyətlərlə birləşdirməyi bacarır. Bu keyfiyyətlər həyatdahər kəsə nəsib olmur.

Məhz elə onun bu keyfiyyətlərinə görə Nizami Göydərəli "Sən kimsən vəya 22 gün səfərdə” kitabında Zöhrab Əliyevin bütün mənəvi keyfiyyətlərinə işıqsalmağa çalışmışdır. Kitabda maraq döğuran əsas məqamlar şairin AltayRespublikasında keçirdiyi 22 gün ərzində gördüyü hadisələr, keçirdiyi hisslər,ürəkdən hiss etdiyi qayğıların öz əksini tapmasıdı. Təbii ki, bütün bu hadisələrinbaş qəhrəmanı yenə də Zöhrab Əliyevdir...

Hərdaşına Koroğluluq yazılan,

Sinəsidirsəngər-səngər qazılan,

Köksüüstə budaqları saz olan,

Qürbətdəqəribin ümid çırağı,

Vətəntorpağıdır, vətən torpağı...

Bu kitabdan çıxardığım nəticə bu oldu ki, Azərbaycanımızın, vətənimizin,insanımızın Zöhrab kimi oğullara ehtiyacı var...

Xalid MAHMUD

AYB-nin üzvü,

Prezident mükafatçısı