adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Aprel 2019 17:46
31438
MƏDƏNİYYƏT

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub - FOTOLAR

Aprelin 19-da Lənkəran Dövlət DramTeatrının truppası Lerik rayon mədəniyyət evinin səhnəsində Üzeyir Hacıbəyovunfelyetonları, pamfletləri və hekayələri əsasında mərhum rejissor, Əməkdarincəsənət xadimi Baba Rzayevin quruluş verdiyi "Olanlardan-keçənlərdən"tamaşasını təqdim edib.

Teatrınaparıcı səhnə ustası, Azərbaycanın Xalq artisti Qabil Quliyevin 70 illiyinəhəsr olunmuş tamaşadan öncə Lerik Rayon İcra Hakimiyyəti başçısının müaviniArzu Vəliməmmədova, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov,İran İslam Respublikasının Ərdəbil vilayəti mədəniyyət baş idarəsinin rəismüavini Qərib Mənuçehri və digərləri çıxış edərək Qabil Quliyevin Azərbaycan teartının inkişafında göstərdiyi əvəzsizxidmətlərindən söz açıblar.


Tədbirdə yubilyara Lerik Rayon İcra Hakimiyyəti, rayonun ayrı-ayrıtəşkilatları tərəfindən xatirə hədiyyələritəqdim olunub.

DahasonraXalq artisti Qabil Quliyevin,əməkdar artistlər Adil Zeynalovun və Sucəddin Mirzəyevin, aktyorlardan MiraslanAğayevin, Qızılgül Quliyevanın, Əlibala Əsgərovun, Emin Fərzullayevin, HikmətCəfərovun, Rauf Zeynalovun və Nizami Qurbanovun iştirakı ilə "Olanlardan-keçənlərdən"tamaşasınıa baxış olub.

Qeyd edək ki, epik səpkidə hazırlanmış tamaşadadramaturji material üçün mövzu Ü.Hacıbəyovun XIX əsrin sonlarında və XX əsrin əvvəllərindəmüxtəlif qəzetlərdə işıq üzü görmüş felyeton, hekayə, pamflet vəintermediyalarından istifadə olunub. Elmsizlik və savadsızlığın, köhnə məktəbüsulunun, xalqın tərəqqisinə mane olan adət və ənənələrin tənqidi tamaşanın əsasideyasını təşkil edir.


Yerli ictimaiyyətin böyük maraqla izlədiyi tamaşadan sonra Lerik Rayon İcraHakimiyyətinin başçısı Rövşən Bağırov Xalq artisti QabilQuliyevi qəbul edərək ona yubiley təbrikini çatdırıb.

Məlumat üçün bildirək ki, "Olanlardan-keçənlərdən" tamaşasınınpremyerası 1985-ci il martın 28-də baş tutub. Lənkəran Dövlət Dram Teatrının repertuarındaöz sevilən mövqeyini qoruyub saxlayan bu tamaşa həmçinin Azərbaycan DövlətTeleviziyasının "Qızıl Fondu"na daxil edilib.

AğaddinBABAYEV.