Lənkəranda yanğın törədən şəxs saxlanılıb

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində avqustun 5-də yanğın hadisəsi törədən şəxs müəyyən olunub.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, yanğının kənd sakini Elşən Cəfərov tərəfindən məişət tullantıları poliqonunda metal qırıntıları aşkar etmək məqsədilə törədildiyi və odla ehtiyatsız davranması nəticəsində qonşu əraziyə keçdiyi müəyyən edilib. Hadisə nəticəsində 5 hektar ərazidə kol-kos yanıb. E.Cəfərov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

Avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb - VİDEO

Geomaqnit qasırğası olacaq

Siyəzəndə FACİƏ: İynə vurulan 1 aylıq körpə öldü

İntihar edən əsgərin cibindən məktub çıxıb... - TƏFƏRRÜAT

Zəngilanda yanğın törədən şəxs müəyyən edildi

Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əlləri ilə öldürdü - VİDEO

İsmayıllıda maşın körpüdən aşıb yandı - Yaralılar var+ VİDEO
