Lənkəranda qətl:Dostları ilə birləşib dayısını öldürdü
Sentyabrın 14-də Lənkəran rayonunun Liman şəhərində Eyvaz Yusubovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə qətli törətməkdə şübhəli bilinən Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş bacısı oğlu V.Hüseynov, əvvəllər məhkum olunmuş E.Quliyev və V.Mirzəyeva saxlanılıblar.
Digər Xəbərlər
27 Aprel 2024 13:33
Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15