adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 May 2019 16:07
45170
MƏDƏNİYYƏT

Lənkəran teatrında iranlı rejissorun quruluş verdiyi tamaşanın premyerası olub

Mayın14-də Lənkəran Dövlət Dram Teatrında iranlı dramaturq Bəhram Beyzayini"Senemar” faciəsi əsasında hazırlanmış tamaşanın premyerası olub. Tamaşanın başqəhrəmanı Senemar dünyaca məşhur memardır. Həm zalımlığı, həm də xeyirxahlığıilə ad çıxaran Nöman adında ərəb sultanı öz əyalətində tayı-bərabəri heç yerdəolmayan böyük bir saray tikdirmək arzusuna düşür. Bu məqsədlə o, Senemarı ölkəsinədəvət edər. Senemar hər kəsi təəccübləndirəcək belə bir saray tikəcəyini sultanasöz verir. Nömanın ətrafındakı adamlar isə Senemarın adının heç yerdə çəkilməməsiməqsədilə onun qılığına girib memarı sultanın gözündən salmağa səy göstərirlər. Nöman şah belə bir sarayın təkrarı olmasın deyə Senemarınqətlinə fərman verir, son nəticədə memarı tikdiyi sarayın üstündən yerə atdırır.Lakin hadisələrin sonrakı inkişafında tamaşaçı Senemarın qanının yerdə qalmayacağınaəmin olur…

Anşlaqla keçən və tamaşaçılar tərəfindənmaraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdarartist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev,Rauf Zeynalov və Amil İbrahimli ifa ediblər.

İranlırejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərubatçısı rəssamTərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Qeyd edəkki, bundan əvvəl də - 2015-ci ilin dekabrında iranlı yazıçı Bəhram Beyzayinin"İlan Sultan” əsəri iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluşunda Lənkəransəhnəsində tamaşaya qoyulub. Həmin tamaşa ilə teatr müxrəlif sənətyarışmalarında, o cümlədən İranda keçiriləcnbeynəlxalq Fəcr festivalındaçıxış edib.

Azad ZÜLALOĞLU