adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Aprel 2019 14:18
16577
ELM VƏ TƏHSİL

Lənkəran Dövlət Humanitar Kollecində Qarabağ müharibəsi veteranları ilə görüş keçirildi

29mart 2019–ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında Qarabağ müharibəsi veteranları ilə görüşkeçirildi. Lənkəran Dövlət Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatının vəTələbə Həmkarlar Təşkilatıın fəal üzvlərinin iştirakı ilə Qarabağ müharibəsiəlilləri, veteranları və Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəranrayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirildi. ŞəhidMilli qəhrəmanƏsgər Əliyevin atası Hacı Ələkbər Əliyev, Əfqanıstan Veteranları İctimaiBirliyinin Lənkəran rayon şöbəsinin sədri t.ü.f.d. Fəxrəddin Hüseyn, AzərbaycanVətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədrmüavini Saleh Dostiyev, Əfqanıstan Veteranları Arif Quliyev, Xanlar Hacıyev vəMirhafiz Kazımov tələbələrin qonağı oldu. Kollecin direktoru r.ü.f.d., dosentRuslan Həmidov ilk öncə Aprel şəhidlərinin və 31 mart soyqırımı zamanı şəhidolmuş həmvətənlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etdikdən sonra çıxışedərək qonaqları bir-bir təqdim etdi və onları salamladı. Qarabağ müharibəsiveteranlarının və şəhid ailələrinin tələbələrlə tez-tez görüşməsi, onlarınsəmimi fikirlərinin dinlənilməsi yetişməkdə olan gəncliyimizin vətənpərvərlik,dövlətçilik ideyaları ilə inkişaf etməsi baxımından daha təsirli olmasındandanışdı. Direktor çıxışını davam etdirərək qeyd etdi ki, UluÖndər Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevtərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğıgündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılmasıüçün konkret tədbirlər görülür və elə dünən müharibə veteranları ilə bağlıimzaladığı növbəti sərancamlar bunun bariz nümunəsidir. Aprel döyüşləri zamanıtəmas xəttində Ermənistansilahlı birləşmələrinin təxribat əməllərinəsilahlı qüvvələrimizin layiqli cavabı Ali Baş Komandan, Möhtərəm Prezidentİlham Əliyevin, Azərbaycan ordusunun və dövlətimizin qüdrətinin təntənəsi olduğunubildirdi.Daha sonra Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyevqeyd etdi ki, torpaq uğrunda ölən şəhidlərimizin qisası heç vaxt düşməndəqalmayacaq. Ali Baş Komandanın göstərişi ilə rəşadətli ordumuzun tez birzamanda Dağlıq Qarabağı işğaldan azad edəcək günün yaxında olduğunu bildirdi.Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədri t.ü.f.d.Fəxrəddin Hüseyn, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai BirliyininLənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, Əfqanıstan Veteranı ArifQuliyev çıxışlarında keçdikləri döyüş yollarından danışdılar və bu günordumuzun düşmənə hər zaman layiqli cavab verəcək gücdə olduğunu bildirdirərəktələbələrə hər zaman torpaq üçün, vətən üçün döyüşə hazır olmaqlarını tövsiyyəetdilər. Qonaqların səmimi söhbətləri dinlənildikdən sonra tələbələrimaraqlandıran suallara cavab verildi. Tələbələrdən Təbriz Məmmədzadə, AysunSadıxova, Elnarə Miriyeva və Tahirə Məmizadə onları maraqlandıran suallarıqonaqlara ünvanladılar. Tədbirin sonunda kollecin tələbə və müəllimləriveteranlarla xatirə şəkilləri çəkdirdilər.

CəmilQuliyev

Kollecin müəllimi,t.ü.f.d.