adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Oktyabr 2018 10:00
31564
ƏDƏBİYYAT

Lenin və Atatürk - Ayxan Ayvaz yazır...


Sovet İmperiyasının çöküşündən sonra ikiazərbaycanlı Türkiyəyə gedir. Bir az gəzəndən sonra qarşılarına ayaqqabıboyayan balaca bir oğlan çıxır, üzü-gözü qap-qara. Biri çox qaba, ipə-sapayatmayanmış, kimisə cırnatmaqdan ötrü ürəyi gedirmiş.

- Ay uşaq, ayaqqabımı təmizlə. – oğlanayaxınlaşıb.

Uşaq işə girişib. Bir azdan kişi başlayıbonunla məzələnməyə:

- Heç türk də kiminsə ayağına əyilərmi?

Oğlanın iki əlində tutduğu şotkalartüfəngin lüləsi kimi kişiyə tuşlanıb.

- Bu nə demək, əfəndim? Mən haqqınqabağında əyilirəm, çörək qazanıram. Pis iş görmürəm ki?

İpə-sapa yatmayan kişini bu sözlərkövrəldir, üzündə güllər açır, oğlanın başını sığallayıb üzr istəyir. Ammacibindən pul çıxardıb uşağa uzadanda yenə biclik eləyir, onunla məzələnməyə başlayır,əsginası əlində yelləyə-yelləyə sırtıqcasına gülümsünür. Sonra bu əyləncəsindənusanıb pulu gülə-gülə yerə atır.

Bunu görən bir neçə millətçi kişini qabaqlarınaqatıb əməlli-başlı danlamağa başlayırlar:

- Sən mənim dövlət sahibimin şəkli olanpulu necə yerə atırsan?

- Sənin heçmi millət, Atatürk sevginyoxdur?

- Axı biz qardaşıq.

Mübahisə çox uzanıb. Kişi quyruğu qapıarasında qalmış pişiyə oxşayıb, bu vəziyyətdən necə çıxacağını düşünüb. Bu vaxtonun imdadına dostu yetişib:

- Əfəndilər, biz Sovet imperiyasınıntərkibindən təzəcə çıxıb rahat nəfəs almağa başlamışıq. Dostum da bu pulunüstündəkini Leninin şəkli zənn edib. Ona görə də əsəbindən fırıldadıb yerə.

Millətçilər getdikcə soyumağa başlayıblar:

- Bu başqa məsələ!

- Halaldı belə millətçiyə!

- Vallah belə olduğunu bilsəydik heç vaxtbu təmiz qəlbli adama bu sözləri deməzdik.

Ara sakitləşəndən və millətçiləruzaqlaşandan sonra meydana kommunistlər girib:

- Sən bizim Lenini təhqir etmisən!

- Heç bilirsən Lenin necə böyük adam olub?!

- Lenin bütün kasıbların yanında olubhəmişə!

Bu dəfə işlər fırıqdır: bunları susdurmaqdaha çətindir. Nə desən, ağzından vuracaqlar.

Bu dəmdə millətçilər kommunistlərin üstünədüşür, əməlli-başlı dava düşür. Qışqır-bağır, söyüş, atılan yumruqlar.

İki azərbaycanlı tez aradan çıxırlar. Parkaçatanda biri siqaret çıxarır.

- Mənə də ver.

- "Ostav” eləyək, başqası yoxdu.

Siqaret tüstüsü sükuta dolanır.

- Səncə, - gülə-gülə dostu həmin ipə-sapayatmayan adamdan soruşur. – Atatürk böyükdür, yoxsa Lenin?

- O ayaqqabı boyayan.

- Onda Lenin böyükdür. – dostu gülür vəonlar parkdan çıxırlar.