“Zəfərin qazanıldığı torpaqlara gedəcəyik” - Ərdoğan Şuşa səfərindən danışdı
"Türkiyə-Azərbaycan qardaşlığı bölgədə sülhün, rifahın və sabitliyin qarantıdır"
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsselə səfərindən öncə keçirilən mətbuat konfransında deyib.
"Azərbaycan Qarabağda tarixi qələbəyə imza ataraq 30 illik işğala son verdi. Bu qələbə bölgədə davamlı sülh və sabitliyin qapısını açdı. Ötən ilin dekabr ayının 10-da Bakıda keçirilən Zəfər paradını izlədik, Azərbaycanın haqlı qürurunu paylaşdıq. Növbəti səfərimizdə isə Zəfərin qazanıldığı torpaqlara, Şuşaya gedəcəyik", - deyə Ərdoğan qeyd edib.
Digər Xəbərlər
29 Aprel 2024 18:24
Ermənistanla sərhəddə 35 dirək quraşdırılıb - RƏSMİ
29 Aprel 2024 18:00Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb
29 Aprel 2024 17:45Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub
29 Aprel 2024 17:26Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
29 Aprel 2024 16:43