adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Iyun 2021 13:37
22020
İQTİSADİYYAT

“İqtisadiyyatın bərpası sürətlə davam edir” - Mikayıl Cabbarov

Azərbaycan iqtisadiyyatının inamlı bərpası sürətlə davam edir.

Adalet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% artaraq 908 mln. dollar təşkil edib.

"Cari ilin ilk 5 ayında ümumi ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,6% artıb".