“Aprel döyüşlərindən dərs almasaydıq...” - Erməni general
Aprel döyüşlərindən dərs almasaydıq, 44 günlük müharibənin fərqli bir nəticəsi olardı.
Azvision.az “News.am”a istinadla xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan deyib.
Onun sözlərinə görə, müharibə fərqli şərtlərlə bitə bilərdi: “Qarabağı tamamilə itirərdik. İkincisi, bu,15-20 gün ərzində baş verə bilərdi”.
Artak Davtyan vurğulayıb ki, klassik qiymətləndirməyə görə dörd günlük aprel döyüşləri müharibə adlandırıla bilməz.
Digər Xəbərlər
03 May 2024 16:26