adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
17 Yanvar 2017 11:55
9586
MƏMLƏKƏT

Layihə davam etdirilir

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən "Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin icrası davam edir. 

Layihə çərçivəsində 14-15 Yanvar 2017-ci il tarixlərində Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzində növbəti təlim sessiyası keçirilib.Təlim QHT-lərin yerli ictimai xidmətlərin göstərilməsi və onların keyfiyyətinin artırılmasında, yerli özünüidarənin həyata keçirilməsində rolu, dəlil əsaslı tədqiqat metodologiyaları və məlumatlardan istifadə etməklə ictimai siyasət tövsiyələrinin hazırlanması, layihələrin yazılışı və idarə olunması kimi mövzuları əhatə edib. İki günlük təlim sessiyasına Quba, Siyəzən, Şabran və Xaçmazda fəaliyyət göstərən QHT təmsilçiləri qatılıb. Təlimdə əsas diqqət QHT təmsilçilərinin yerli sosial-iqtisadi inkişaf proseslərində iştirak səviyyəsini artırmağa imkan verən zəruri bilik və bacarıqların aşılanmasına yönəlib. İnteraktiv müzakirə şəraitində keçən təlim zamanı praktiki vərdişlərin inkişaf etdirilməsi məqsədilə iştirakçılar müxtəlif mövzular üzrə qrup işlərini yerinə yetirib və təqdimatlar ediblər. Təlim sessiyasının sonunda iştirakçılar təlim sessiyasının qiymətləndirilməsini aparıb, yerli qeyri-hökumət təşkilatlarının yerli inkişaf proseslərində iştirakçılığının artırılması baxımından təlimin mühüm əhəmiyyət daşıdığını bildiriblər. Növbəti təlim sessiyasının Şirvan şəhərində ke