Lavrovun Putinin ünvanına dediyi "eşşək", Lavrovun "ataları"nın qabliyyəti, qanacağıdır

Rusiya xarici işlər naziri Sergey Lavrov rusiyalı jurnalisitin Vladimir Putinin Çinə dövlət səfəri zamanı qeyri-rəsmi hissə ilə bağlı sualını şərh edərkən elə bir cümlə, daha doğrusu, biqabliyyət "atalarının" biqabliyyət sözünü işlədib ki, Lavrovu bu yaxın günlərdə asmasalar yaxşıdır.
Deyib ki, Çin tərəfinin Rusiya lideri üçün hazırladığı bütün sürprizlər protokola əsasən razılaşdırılıb. Şərqdə deyirlər ki, qonaq ev sahibinin eşşəyidir. Ona görə də bütün sürprizlər Çin prezidentinin və komandasının prezidentimizə etdiyi xoş təkliflərdən asılıdır".
Yəni, Lavrov rəsmən Putini "eşşək" yerinə qoyub.Çünki Şərq aləmində "qonaq evin gülü" hesab edilib, "qonaq ev sahibinin eşşəyidir" deyimi ancaq Lavrovun atalarının qabliyyətidir.
Şərq yox elə bizim atalarımız da deyib ki, qonaq evə bərəkət, sevinc və dostluq gətirər yaxud, qonaq-qara olmasaydı, hər bir ev qəbirstanlığa dönərdi, yaxud, qonağa hörmət elərlər, əyərçi(lap) kafər olsa da.
Uzun sözün qısası, əslində Lavrov Şərqin üstünə yıxdığı "atalar sözü" elə Lavrovun öz "atalarının qanacağı , tərbiyəsi, ləyağıdır. 300 ildir Qafqazı zəbt ediblər, getmək də bilmirlər... Eşşək uşağı eşşək...
Əntiqə Rəşid
Digər Xəbərlər

Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirib

Bəzi rayonlarda temperatur 39 dərəcəyə çatıb

Prezident "İstilik təchizatı haqqında" qanunu təsdiqləyib

Aqil Abbas Ağdama köçmək istəyir

Şəxsiyyət vəsiqələrinin forması dəyişir

Əmlakın tələbkar tərəfindən əldə edilməsi yeni qaydada rəsmiləşdiriləcək

Xüsusi icra məmuru bu hallara görə məsuliyyət daşıyacaq - SİYAHI
