adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
29 Mart 2024 10:42
483
DÜNYA

Lavrov:"Ermənistan bilərəkdən Rusiya ilə münasibətləri dağıdır"

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Yetevan bilərəkdən Moskva ilə münasibətləri dağıtmaq üçün bəhanələr uydurur.

 Rusiya diplomatiyasının rəhbəri hesab edir ki, Ermənistan rəhbərliyi son illərin tarixini yanlışlıqla yozur və məqsədyönlü şəkildə Rusiya ilə münasibətlərin pozulmasına doğru yönəldir.

 Lavrov xatırladır ki, KTMT münaqişə vəziyyətlərində həmişə Ermənistanın maraqlarını müdafiə edib. Lakin Ermənistan bu barədə susmağa üstünlük verir.  2021-ci ildə KTMT Azərbaycanla Ermənistanıın arasında yaşanan gərginliyin azaldılması üçün, öz sülhməramlılarını bu regiona göndətmək istəyirdi. 

 "2021-ci ilin payızında, Yerevanda nazirlərin görüşendə missiyanın mandatı tam şəkildə razılaşdırılmışdı. Biz gecə yarısınadək oturub bütün sənədləri imzalamışdıq. Səhər prezidentlər və baş nazirlərin görüşündə Paşinyan dedi ki, konsensus yoxdur və bir neçə gün sonra Ermənistana yeni missiya, Avropa İttifaqının sülhməramlı missiyasını çağırdı"- deyə Lavrov bildirib.

 Rusiya prezidrntinin məybuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdir ki, Bakı Avropa İttifaqının missiyasına çox neqativ yanaşır. RF-sı XİN-nin rəsmi nümayənfısi Mariya Zaxarova isə bildirmişdi ki, avroittifaqın missiyasının effekti yüksək olmayacaq. Xanım Zaxarova açıq şəkildə bəyan etmişdi ki, "Aİ-nin məqsədi Rusiyanı bu regiondan qovub çıxarmaq və onun bölgədə təhlükəsizliyin əsas təminatçısı olmaq kimi tarici rolunu zəflətməkdir".

Göründüyü kimi, Rusiya Azərbaycan-Ermənistan münaqişəsində özünün nə qədər neytral mövqe tutduğunu nümayiş etdirmək istəsə də, bu heç də belə deyilmiş.

 Yadıma belə bir məsəl düşdü: "Bir gün şeytan oğlu ilə çayın kənarıynan gedirmişlər. Baxırkar ki, bir kişinin eşşəyi çayın ortasında dayanıb, kişi nə qədər çalışsa da, eşşəyi şallaqlasa da, eşşək yerindən tərpənmir. Axırda kişi hirslənib deyir ki,  "lənət sənə şeytan, ay heyvan tərpən də". Seytanın oğlu təəccüblə atasına: "ata bax biz çayın qırağıynan sakitcə gedirik, bu kişi niyə bizə lənət oxuyur?". Seytan: "Oğul, biz çayın qırağı ilə sakitcə getməyimizə baxma, barmağım eşşəyin arxasıdadı".
 
 İndi Rusiyanın da özünü kənardan "neytral" göstərməklərinə inanmayın, barmağı hələ də Ermənistanın dalındadı.

Sonda xatırlatmsq istəyirik ki, Rusiyanın baş diplomatı Sergey Lavrov hələ üç həftə əvvəl bəyan etmişdi ki, "Emənistanın son bəyənatları bizi məcbur edir ki, Yerevsna qarşı daha ciddi addımlar ataq". Lavrov eyni zamanda Ermənistanı idərə edən Qərbdəki "kuklavodlara", xüsusilə də, "baş kuklavod" missiyasını üzərinə götürən Fransanın prezidenti Emanuel Makrona messaj verir ki, Ermənistan Rusiyanın hələ 200 il bundan əvvəl for-post kimi yaratdığı layihədir və bu layihəyə kimlərinsə sahib çıxmasına imkan verilməyəcək...

  Rüstəm Hacıyev