adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Iyun 2018 17:53
13753
MƏDƏNİYYƏT

Lahıclı misgər usta Nəzər Əliyevin sənət hekayəti

İsmayıllımüasirliklə qədimliyin yalnız təbiətini deyil, həm də etnoqrafik mənzərəsiniəks etdirən qədim bir diyardır. Tarixin özü qədər yaşı olan İsmayıllının əsrarəngizLahıc qəsəbəsi misgərlik sənətinin beşiklərindən biri olub. Lahıcda yaranıbformalaşan misgərlik sənəti ənənəvi xalq sənəti olaraq nəsillərdən nəsillərəötürülüb. Əlbəttə, ulularımızdan qalan mirasa layiqincə sahib durmağıbacarmalıyıq.

İsmayıllınınlahıc qəsəbəsinə yol alanda məqsədim buradakı misgərlərin emalatxanasına başçəkmək, onlarla ünsiyyət qurmaq idi. Lahıc məni həmişəki kimi qarşıladı, özgözəllikləri, füsunkarlığı ilə ovqatımı qaldırdı.

İlktanış olduğum usdad misgər Nəzər Əliyev oldu. Onun emalatxanası məni sözün əlsmənasında keçmişlərə qaytardı. Usta Nəzərin emalatxanasında misgər əlilə gözəlcilanmış mis əşyalarla qarşılaşdım. Onunəl işləri olduqca maraqlıdır və o, ısimuzərlərə, güyümlərə, tavalara, qazanlara,bilərziklərə, sərniclərə həyat verir. Usta Nəzər ilə tanışlığım və onun emalatxaansındagördüklərim mənə bu sənətin tarixi keçmişi və müasir vəziyyəti haqqında genişinformasiya verdi. Usta Nəzər misdənəşyalar düzəltməyi bacaran tək-tük bacarıqlı ustalardandır. Ustanın mislədostluğu, ünsiyyəti uşaq yaşlarından başlayıb.Sənətkar öz sənətinə elə bağlanıb ki, indiyə qədər də ondan qopa bilmir. O,sənətə gəldiyi ilk dövrləri belə xatırlayır:"Biz uşaq olanda valideynlərimiz bizi nəzarətsizburaxmazdı. Onlar bizim hər addımımıza fikir verirdilər. Biz də dərsdən sonrakıvaxtlarımızı dükanda keçirərdik. Əvvəl-əvvəl işlərin necə getdiyini seyr edər,qulluğa baxardıq. Günlərimiz o emalatxanada keçdiyi üçün böyüdükcə iş proseslərinnecə getdiyinin şahidi olursan. Və yavaş-yavaş işin qulpundan yapışırsan, işlədikcədə formalaşırsan. Əvvəl müəyyən hissələri düzəldirsən, sonra isə böyük işlərbələd olursan və işləyə-işləyə ustalaşırsan, usta kimi püxtələşirsən. O vaxtlarhəyatın tələbinə uyğun olaraq tamamilə başqa əşyalar düzəldirdilər, indi isətamam başqa. Uşqalıqda biz indi düzəltdiklərimizi düzəltmirdik. Bu qədərdekorasiya ilə məşğul olmurduq”.

Usta Nəzərsənətindən tamamilə fərqli bir sahədə - riyaziyyat müəllimi ixtisasi üzrə alitəhsil alıb. Qızıl medalla təhsilini başa vurub. Bir neçə il müəllim kimi dəişləyib. Sənətə olan maraq və bir az da şəraitdən aslı olaraq pedaqojifəalliyyətdən uzaqlaşaraq misgərlikləməşğul olmağa başlayıb:”Maaşlıişə baxanda bu iş nisbətən maddi ehtiyacı qarşılayır. Ümumiyyətlə, böyüklərdəndə bizə nəsihət olunub ki, sənətin istənilən sahəsində çalışmaq insanı milyoçuetməsə də, borclu da qoymur. Nə qazansan, bilərsən ki, halal zəhmətin, alıntərin və əllərinin, göz nurunun sayəsində qazanarsan. Bu işin sayəsində normalyaşamaq mümkündür. Həm də gördüyün işdən həzz almaq da olur”.

UstaNəzərin dediyinə görə misgərin ənbirinci işi metalı tanımasıdır. Misdən əşyalar düzətməyin incəliyi, sirri doğruxammalı seçə bilməkdədir. Göz nurunun, incə zövq və böyük səbrin nəticəsi olanəl sənəti məhsullarını diqqətə layiq bir tərzdə düzəldən usta bu işlər üçünxammal seçimində də diqqətlidir: "Əlvan metal elə bir şeydir ki, heç vaxtxarab olmur. Hər hansı bir köhnə əşyadan istifadəedib yeni əşya düzəltmək mümkündür. Rusiyadan mis, latun, bronz gətirirlər.Bazarlarda satışda var. Hansından istəsən tapa bilərsən. Yetər ki, keyfiyyətliolsun. Bizim bu işlə məşğul olan xüsusi alverçilərimiz var. Onlar Rusiyadanmetalı gətirirlər, biz də alırıq. Amma əvvəllər Azərbaycanın özündə də metalistehsalı olub. Gədbəydə, Qərbi Azərbaycanda metal mədənləri olub. Ordanxammalı filiz şəklində daşıyıb gətirər, burdaemal edərdilər. O vaxtlar çətin idi. Amma indi nisbətən asandı. Çünkihazır material gəlir. Həm də ki, indisənaye çox inkişaf edib və məhsulun keyfiyyəti də yaxşdır”.

Məlumdur ki, ən qədimdövlətçilik samovarları Azərbaycanda, İsmayıllı rayonunun Lahıc qəsəbəsindədüzəldilib. Nəzər usta da samovarın simuzər olan vaxtlarından və simuzərin necəsamovar olmasından, müasir samovarların yaranmasından danışır."Qədimdə İsmayıllıda 40-a yaxın sənətkarlıq sahəsi vardı.Onların içində ən çox yayılanı misgərlik olub. Həmin dövrdə misgərlərə tələbatdaha çox idi. Eləcə də mis məmulatlara. Bizim iş adamlarımızın, o vaxtın diliilə desək, tacirlərimizin Yaxın və Orta Şərq, Orta Asiya ölkələrində yerlərivar idi. Misgərlərimizin məhsullarını aparıb bu ölkələrdə satırdılar. Köhnə,sınmış, istifadəyə yararsız əşyaları da ordan yığıb gətirirdilər. Bu işlə də çarvadarlardeyilən sənətkarlar zümrəsi məşğul olurdu. Çarvadar at sahiblərinə deyirdilər.Elə adam var idi 5, elə adam da var idi ki, 70 atı var idi. Məsələn, o adamlarınişi sərnişin, əsasən də yükləri daşımaq olurdu. Onların qrafikləri o qədərdəqiq olub ki, lazımi anda məhsulu vaxtında yerinə çatdırmalı idilər. Vaxtitirmək olmazdı. Bununla yanaşı vaxtlı-vaxtında ibadətlə məşğul olurdular. Çalvadarlarında hər birinin xurcununda xüsusi bir əşya olurdu. Və həmin əşya bizdə simuzəradlanırdı. İndiki samovar kimi məşhurlaşan Rusiya əşyalarının əjdadı sayılansimuzər. Bax, onu kalvadarlar üçün yerli misgərlər hazırlayırdılar. SonradanRusiyada 17-ci əsrdə ilk silah zavodları açılır. O zavodlarda silahistehsalında lazım olan bilik vəbacarıqları bizim silahsaz ustalardan öyrənmək lazım olub. Xüsusən dətüfəng lüləsinin içində mərminin uçuş sürətini artırmaq üçün yuva açmaq lazımgəlib. Və bu məqsədlə onlar öz xüsusi adamlarını ezam ediblər bura - Lahıca. Ozamanlar da, misal üçün, Kürdəmirdən Lahıca qədər atla gəlirdilər. Nümayəndələrgələrkən bizim yerli çarvadarların xurcununda simuzəri görürlər. Çarvadarlardayanmadan, ocaq qalamadan, vaxt itirmədən, düşərgə salmadan atın belində hərəkət edərkən də çay qaynadıbiçir. Bu onlara çox qəribə gəlir. Onlar görürlər ki, bu elə yaxşı əşyadır ki,atın belində, vaxt itirmədən insan çay qaynadıb içə bilir, soyuq vaxtdırsadəstəmaz almaq üçün su qızdıra bilir. Qayıdanda lazımi vərdişləri silahsazustalardan öyrənib gediblər. Özləri ilə də həmin o əşyadan - simuzərdən alıb aparıblar. Simuzər bu qədər yaxşı əşyaolub. Sonradan görünür ki, Rusiyada silah zavodlarının ətrafında ilk samovar manufakturalarıyaranıb. Quruluşu bizim simuzərdən götürsələr də, sonralar tədricən dəyişilərəkindiki samovar olub. Fərq ondan ibarət idi ki, onlar bizim kimi misdən yox,sonralar latundan düzəltməyə başlayıblar. Çünki o silah zavodlarında patronları bürüncdən, latundan düzəldirdilər,onlar da hazır material kimi o zavodlardan xammalı əldə etməklə bizimtanıdığımız müasir, Rusiya samovarlarını düzəltməyə başlayırlar. İndi Rusiyada,Rusiyadan sonra Polşada, müasir dövrdə isə İranda samovar istehsal edirlər.Amma bunların hamsının əjdası Lahıc simuzərləri olub. Lahıc simuzərləri lazımolanda dekorativ bəzənirdi. Indi biz əsasən, naxışlısını düzəldirik. Çünkiinsanlar belə xoşlayırlar. Bir-bir düzəldiləndə usta onun su tutumu ilə od(kömür) tutmaq həcmini, nisbətini yaxşı fikirləşə bilir. Amma kütləvi istehsalda bunlar nəzərə alınmır”.

Usta Nəzər dedi ki, Sovetdövründə Rusiyada samovar istehsal edirdilər. Onun sözlərinə görə, amma sovetdövründə istehsal olunanlar çar dövründəkinə nisbətən faydalı iş əmsalıbaxımından uduzurdular. "Samovarlar da bu baxımdan bizim simuzərlərəuduzurdular. Simuzərlərin faydali iş əmsalı yüksək olub. Simuzəri hazırlayarkənustanın ustalığı ondadır ki, o nisbəti elə tapa bilsin ki, su çox olsa simuzərgec qaynamasın. Su az tutub, odluğu böyük olarsa bu da, alıcı üçün sərfəlideyil. Yanacağı çox işlədib, suyu az qaynatmalıdır. Ona görə də optimal birvariant tapmaq lazımdır ki, bu da, vərdişdən, çox işləməkdən, illərin insanaverdiyi təcrübədən aslı olan bir şeydi. Bir simuzəri hazırlamaq üçün ortalama40 gün vaxt lazım olur. Simuzərin bir xüsusiyyəti də var ki, yayda suyu bumbuzsaxlayar, qışda isə qaynar. Ölçüsündən, dekorasiyasından da aslı oalraqqiymətlər müxtəlif olur. 150-600 manat arasında qiymətlər dəyişir”-deyə ustabildirdi.

Sifarişləri əsasənharadan almasına gəlincə, usta Nəzər dedi ki, ən çox Bakıdan sifariş alır:"Əsasənsifarişlə işləyirəm. Sifarişlər Bakıdan daha çox olur. Azərbaycanın başqayerlərindən də sifarişlər qəbul edirəm. Həmçinin İsraildən, Latviyadan,müxtəlif ölkələrin burdakı səfirliklərindən də olur. Rusiya samovarlarınınyenidən bərpasını da burda elətdirirlər. Lahıcda mümkün olmayan şey yoxdu.Sifarişi turistlərə satıram. Bilirəm ki, mənim adım olan əl işlərim Avropaölkələrindən başqa, Avstiraliyada, Argentinada, Yeni Zellandiyada da var.Dünyanın dəmək olar ki, hər ölkəsində əl işimə rast gəlmək olar. Nə vaxtsakimlərəsə maraqlı olsa taparlar, görərlər. Üstündə "Azərbaycan, Lahıc”, özadımı və tarixi yazıram”.

Qeyd edək ki, ustaNəzərin düzəltdiyi əşyaların bir qismiAzərbaycanda, bir qismi isə xarici ölkələrdə sərgilənir. O, deyir ki, tədbirlərə dəvət edirlərsə mütləq gedirəm. Öz işlərini nümayiş etdirməkdən zövq aldığını deyən usta bildirir ki, sənətintəbliği naminə çox işlər görür:”Heçvaxt tənbəllik etmirəm. Milli Parkdakı bayramtədbirlərində əl işlərim həmişə nümayiş olunub. Hər il Expo Mərkəzdəturizm sərgisi olur, orda iştirak edirəm. Müxtəlif rayonlarda sərgilərim olub.Ölkəmizdən kənarda, Gürcüstanda, Avstriyada, Vyanada sərgilərim olub. Haradəvət edirlər gedirəm. İşlərimi nümayiş etdirmək xoşuma gəlir. Bu,sənətkarlıqdan əlavə, bir mədəniyyətdir”.

Nəzər Əliyevləsöhbət etmək, onun öz sənəti ilə bağlı danışdıqlarını qələmə almaq çox xoşdur.Bu söhbətlərin faydası böyükdür. Qədim xalq sənətimiz olan misgərliyin bu günyaşaması və usta Nəzər və onun yetirmələri, digər misgərlər tərəfindənyaşadılması çox vacibdir.

Ədil ƏDİlZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur