adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Iyun 2018 13:58
9983
MƏDƏNİYYƏT

Lahıcdan UNESCO-ya qədər gedib çıxan qədim misgərlik sənəti…

Misin dilini misgərdən yaxşı bilən yoxdur. Minillərdir misi danışdıran,ona nəfəs verən, əsl sənət əsərinə çevirən lahıclı misgərlər böyük qeyrətlə buqədim sənəti dünəndən bu günə daşıya biliblər.

Rəhbərlik etdiyimin Yeni Həyatİqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə"Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərintəşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bu günküvəziyyətini geniş şəkildə araşdırıram.

Bu dəfə lahıc misgərlik sənətinə bəslənən dövlətqayğısı haqqında danışmaq istəyirəm. İnkişafda olan hər bir xalq sənəti dövlətqayğısı ilə əhatə olunmasa onun gələcəyi şübhə altına düşər.

Məlum olduğu kimi Azərbaycanda dövlət səviyyəsindəqədim sənət növlərinin qorunmasına, inkişafına və təbliğ edilməsinə xüsusi önəmverilir. Sevindirici haldır ki, son illər xalq sənətinin genişmiqyasda tanıdılması həyata keçirilir. Söz yox ki, burada Heydər ƏliyevFondunun böyük əməyi var. Məhzdövlət dəstəyi, eləcə də Heydər Əliyev Fondunun rəhbəri, respublikamızın 1-ciVitse-Prezidenti Mehriban Əliyevanın səyi və qayğısı sayəsində 2015-ci ildə "Lahıcmisgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativsiyahısına daxil edildi.

"Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəniirs üzrə reprezentativ siyahısına daxil edilməsi əlbəttə ki, dövlətimizin beynəlxalq aləmdəki müsbət imici, böyüknüfuzu ilə bağlıdır.Ekspertlər qeyd edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət vəAzərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO-dakı fəaliyyətinəticəsində buna nail olmuşuq.

Məlum olduğu kimi, Azərbaycan qədim dövrlərdən misgərliyinmərkəzlərindən biri olub. Ərazimizdə tapılan ilk mis əsaslımetal işləmələrin tarixi neolit dövrünə aiddir. E.ə.VI minillikdə mis əldəedildikdən sonra ondan müxtəlif əşyalar hazırlanırdı. Misgərliyin bir sənətkimi təşəkkülü artıq orta əsrlərdə bir sıra böyük şəhərlərin misgərlikmərkəzinə çevrilməsinə gətirib çıxarıb. Sənətşünaslar yazır ki, Azərbaycandamisgərliyin yüksək inkişaf etdiyini Avropa və Rusiya muzeylərində saxlananmisdən hazırlanan nümunələr bir daha sübut edir. Tədqiqatçılar yazır ki,1474-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olan venesiyalı səyyahKontarini qeyd edirdi ki, burada hər gün hökmdarın əhatəsində təxminən 400nəfərə mis qablarda yemək verilir. XIX və XX əsrin əvvəllərində Azərbaycanmisgərlərinin hazırladıqları mis məmulatları müxtəlif sərgilərdə nümayişetdirilərkən yüksək qiymətləndirilib və mükafatlandırılıb (1850-ci ildəZaqafqaziya diyarı əsərlərinin sərgisi, 1873-cü il Ümumdünya Vyana sərgisi).

Maraqlıfaktlardan biri də odur ki, mis üzərində işləyən sənətkarlar öz imzalarınıburaya həkk etdikləri üçün dünya muzeylərində saxlanan Azərbaycanmədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxmasımümkün deyil. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beşqrupda ümumiləşdirilir: xörək qabları, süfrə qabları, su qabları, ağartıqabları və məişət əşyaları. Azərbaycanda misgərlik sənətinin mərkəzləri Təbriz,Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olub. XIXəsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Lahıc ustalarınınmisdən hazırladığı, mürəkkəb və incə naxışlarla bəzədiyi dolça, satıl, sərnic,məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sairməmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digəryerlərdə tanınıb.

Sənətşünaslaryazır ki, qədim xalq sənət növlərindən biri də dəmir dövründən qalmamisgərlikdir. Aparılan tədqiqatlar və həmin sənətin bu gün də sevilə-seviləyaşadılması təsdiqləyir ki, Azərbaycanda misgərliyin yaradılması çox erkəndövrlərə təsadüf edir və ölkəmiz onun inkişaf edən mərkəzlərindən biri olub. Oda məlumdur ki, bu ərazilərdə tapılan ilk mis metal işləmələrin tarixi neolitdövrünə aiddir.

MisgərŞəmsəddin Məmmədovunfikrincə, bu sənət çoxqədimdir:”Şərqdən Şimali Azərbaycana gətirilən misgərlik sonralarcənuba - İrana keçib, ordan isə Orta Asiya respublikalarına. Misgərliyin köküAzərbaycanda çox qədimlərə qədər gedib çıxır: 500 il bundan öncələrə. Bu sənətnümunələrinin hər biri tədqiq olunmalı əsərdir. Bir qabın üstündə ki, sənətkariki il işləyib, ona, sadəcə, qab demək olmaz".

Ustalarınmisdən hazırladığı, mürəkkəb və incə naxışlarla bəzədiyi məmulatlar Türkiyə,Orta Asiya, Dağıstan, Gürcüstan, İran və digər yerlərdə uzun illər ərzindətanınıb. Bu qədim sənət növü mis dövründən cilalana-cilalana bu günədək yolgəlib. Onu davam etdirənlərdən biri də Kamal Mustafayevdir. Atasından öyrəndiyisənətlə məşhurlaşan usta Kamal deyir: "Misgərliyin itib-batmaması üçünatam məni məcbur etdi ki, onu öyrənim. İstədi ki, bu sənət gələcək nəsillərə dəçatsın. Düzdür, ağır, çətin sənətdir. Ancaq bir sənət ki, Azərbaycan xalqınınmaddi mədəniyyətindən bəhs edir, onu yaşatmaq lazımdır".

Əslindəbu sənət nə qədər maraqlıdırsa, bir o qədər də çətindir. Ustalar deyir ki, onuöyrənənlərin marağı yoxsa, nəyin və kimin xatirinə bu sənətə gəlmək istəyirsə,ondan misgər olmaz. Misgərlər səbrli, incə, zərif zövqə malik olmalıdır. Alıntəri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir. Sözügedənmis qabların hazırlanması üçün ağır əmək sərf etmək lazımdır. Bu şərtlər hələtam və hamısı deyil ki, misgərlər ona əməl etməlidir. Savad da misgərlikdəvacibdir. Xüsusən riyaziyyat, kimya, fizika, bir sözlə, bütün texniki fənləribilmək tələb olunur. Çünki istifadə olunan material kimyəvi maddələrdənhazırlanır. Hətta vurulan naxışlar belə müxtəlif həndəsi fiqurlar üzərində başagəlir.

Tədqiqatçılarqeyd edir ki, misgərlik də, digər qədim sənət növləri kimi, problemlərləüzləşməli olub. Mis qab-qacaqların sayının və çeşidinin azalması təkcə peşəkarmisgərlərin barmaqla sayılmasından irəli gəlmir. Şüşə və digər, məsələn,keramika məmulatlarından hazırlanan məhsullara maraq artdıqca mis qablarkolleksiyaçılar tərəfindən toplanır və nəticədə onlar muzey eksponatınaçevrilir.

Azərbaycandaelə yerlər olub ki, orada nəinki bir-iki küçədə, hətta misgərliklə məşğul olmakütləvi hal alıb. Belə mərkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olanLahıc (hazırda İsmayıllı rayonunun ən qədim sənətkarlıq və yaşayışməntəqəsidir) idi. Lahıcda bu əsrdə külli miqdarda məişət əşyası və evavadanlığı hazırlanırdı. Buradakı məhsullar həm keyfiyyət, həm də kəmiyyətbaxımından o dövrün mərkəzi şəhərlərində hazırlanan məişət əşyalarından heç dəgeri qalmayıb. Hələ XIX əsrin ortalarında Lahıcda 180-190-a yaxın mis karxanasıolub. XIX-XX əsrlərdə Rusiyadan ucuz qiymətə gətirilən qab-qacaq bu sənətətəsir etsə də, böyük tarixə malik olan misgərlik yenə metalişləmədə əsasyerlərdən birini tutub. Həmin dövrlərdə mis qablara hətta qonşu ölkələrdə dəböyük ehtiyac duyulurdu. Bu gün dəmisgərlik sənətinin yaşamasına böyük ehtiyac var və bu sənət dövlət dəstəyi iləinkişaf edir.

Bu gün respublikamızda misgərlik sənətinin yeniinkişaf dövrü yaşanır. Hesab edirik ki, bu qədim xalq sənətinə dövlət qayğısımədəni irsimizin qorunmasına böyük töhfədir.

Ədil ƏDİLZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur