adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 May 2023 12:38
517
ELM VƏ TƏHSİL

Laçın məktəbi uğura imza atdı

ADA University-nin və ADA Universitetinin Qazax Mərkəzi-nin Qarabağ Dirçəliş Fondu ilə birlikdə təşkil etdiyi “Azərbaycanın gənc qurucuları” adlı ilk layihəəsaslı olimpiadada Laçın Rayon Taxtakörpü qəsəbə tam orta məktəbi finala qalan 5 ümumtəhsil müəssisəsindən biri olub.

Taxtakörpü qəsəbə tam orta məktəbiLaçında Hollandiya, Almaniya və s. kənd təsərrüfatı sahəsində inkişaf etmiş ölkələrdəki müasir üsulları özündə ehtiva edən “Ağıllı Südçülük və Damazlıq Kooperativi“ pilot layihəsi ilə yarışa qatılıb.

Adalet.az xəbər verir ki, məktəbin müəllimi Şəbnəm Uğurlu bu barədə təbrik paylaşımı edib.

"Hər zaman inanmışam ki, çəkilən əziyyətlər yerdə qalmır. Şagirdlərimi də buna inandırmağı özümə borc bilirəm, ölkə üzrə yüzlərlə məktəbin qatıldığı ADA University-nin və ADA Universitetinin Qazax Mərkəzi-nin Qarabağ Dirçəliş Fondu ilə birlikdə təşkil etdiyi “Azərbaycanın gənc qurucuları” adlı ilk layihəəsaslı olimpiadada Laçın Rayon Taxtakörpü qəsəbə tam orta məktəbi olaraq, ölkə üzrə Finala qalan 5 ümumtəhsil müəssisəsindən biriyik! Qoşularkən bir an belə tərəddüd etmədik, əksini düşünmədik, seçiləcəyimizi xəyal edərək hazırladıq öz layihəmizi. Və budur Finaldayıq!Təbriklər əziz şagirdlər, hər gün iki saat dərsdən əlavə vaxtda uşaqları layihə üzərində çalışmağa gətirib-aparan dəyərli valideynlərimiz, biz birlikdə güclüyük!Şəffaf seçim üçün layihə yetkililərinə təşəkkür edirəm, etimadlarını doğruldacağımıza inanıram".

 

Eminquey