Kürdəmirdə elektrik cərəyanı ilə balıq ovlayanlar saxlanıldı

Kürdəmirdə elektrik cərəyanı ilə balıq ovlayan Saatlı rayon sakinləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Ərəbqubalı kəndi ərazisindən keçən su kanalından elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlayan Saatlı rayon sakinləri S.Məmmədov, N.İsgəndərov, İ.Miriyev və N.İmanov saxlanılıblar.
Həmin şəxslərdən ov zamanı istifadə etdikləri elektrik cihazları, eləcə də ovladıqları müxtəlif növ balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.
Digər Xəbərlər

Rəşad Bəxtiyarov vəfat etdi

Fatma Hüseynova vəfat etdi

Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Ramiz Quliyevin dəfn yeri məlum oldu - YENİLƏNİB

Sürət və diqqətsizlik yolda daha bir həyata son qoydu

Keçmiş icra başçısı vəfat etdi - FOTO

DİN-dən "Sədərək"dəki insidentə reaksiya - VİDEO - YENİLƏNİB
