Küllü miqdarda siqaret müsadirə edilib
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə 40 600 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Adalet.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Rusiya Federasiyası istiqamətindən "Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan avtomobillərə baxış keçirən gömrükçülər nəqliyyat vasitələrinin salonlarındakı gizli saxlanc yerlərindən gömrük orqanına əvvəlcədən bəyan olunmayan külli miqdarda - 40 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edib.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
06 May 2024 12:30