adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Dekabr 2016 18:27
21176
MƏDƏNİYYƏT

Kuklaçılardan “Yeni il nağılı”

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün ənənəsinə sadiqqalaraq qarşıdakı yeni il tətilini də daimi tamaşaçıları üçün yaddaqalan vəmaraqlı etməyə çalışıb. Belə ki, balacalar üçün yeni və fərqli səhnə işləri hazırlayanteatrın yaradıcı heyəti bu dəfə onlara unudulmaz "Yeni il nağılı” vəd edir.

Klassik vəmüasir yozumlu pyeslərdən seçmələrlə səhnə həlli verilən tamaşada balacalar dünyavə milli nağıl qəhrəmanlarını bir arada görmək şansı qazanacaqlar. Bununla yanaşı onlar sevimli personajlarınınoyununda ibrətamiz, eyni zamanda komik hadisələri eşidib-izləmək imkanıqazanacaqlar. Tamaşada uşaqlarapaxıllıq, yalançılıq, oğurluq kimi mənfi xüsusiyyətlərə nifrət personajların düşdüyü komiksituasiyalarla izah olnur. Bayram əhvallıtamaşanın əsas qəhrəmanları Şaxta baba, Qar qız və uşaqların sevimli dostuDovşandır.

Teatrınrejissoru Anar Məmmədovun ssenari müəllifi olduğu və quruluş verdiyitamaşada yaxşıların qələbəsi,dürüstlüyün zəfəri və bağışlamağın ən üstün keyfiyyət olması diqqətəçatdırılır.

Maraqlıdekorasiyası, nağılvari tərtibatı ilə seçilən tamaşanın quruluşçu rəssamı teatrınbaş rəssamı İqbal Əliyevdir. Ritmik musiqilərlə müşayiət olunan xareoqrafikelementlərlə zəngin tamaşada balacalar artıq onlara çoxdan tanış olan nağıl qəhrəmanlarınıda (Küpəgirən, Qarğa, İfrit, Pirat vəb.) izləmək imkanı qazanacaqlar.

Tamaşada əsasrolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova,Elmira Hüseynova, Elxan İsmayılov, Elnur Xəlilov, Cavid İbrahimov və başqalarıifa edəcəklər.

Balacaların yeniil istirahətini daha da maraqlı edəcək səhnə əsəri 30 dekabrdan 8 yanvaradək hərgün dörd seans (saat 12.00, 14.00, 16.00 və 18:00) olmaqla nümayiş olunacaq.