adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Iyun 2020 19:35
61784
MƏDƏNİYYƏT

Kuklaçılar “Qara balığın nağılı”nı təqdim etdilər

Koronovirus pandemiyasının tüğyan etməsinə rəğmən yaradıcılıq planlarınıtəxirə salmayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbətitamaşasını hazırlayıb.

Belə ki, aylar öncə məşqlərinə başlanılan "Qara balığın nağılı” teatrın bədiişurası tərəfindən qəbul edilərək cari repertuara daxil edilib.

Məşhur nasir-publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrənginin "Balaca qara balıq” mənzum nağılı əsasındahazırlanan bu fərqli səhnə yozumlu tamaşa yeni teatr mövsümündə teatrsevərlərin ixtiyarına veriləcək.

Səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev,quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı uşaq tamaşası üç aktyoruncanlı plan və kukla oyunu toplusudur.

Teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman və Günay Əhmədincanlandırdıqları obrazlar (8-i kukla olmaqla) vasitəsilə uşaqlar dərin mənalar ehtiva edən səhnə əsərinintamamlanmış vizual həllini görəcəklər. Çoxfunksiyalı kuklalar, plastik həll və harmoniyalı oyun sayəsində dolğun səhnə nümunəsiərsəyə gətirən Namiq Ağayev fərqli kukla texnikalarına müraciət edib.

O, bu yeni səhnələşdirmə vasitəsilə tamaşaçılara əzmkarlıq, cəsarət,mübarizlik və ən əsası nikbinlik aşılamaqla bütün savaşların sonundakı mütləq qələbənigöstərməyə çalışıb.

Beləcə bir çoxumuzun arzularında gizlənən azadlıq, hür yaşamaq istəyini"Qara balığın nağılı”nın timsalında həll edən peşəkar kuklaçı rejissor əsər müəllifininəsas ideyasını saxlamaqla uşaqlar və böyüklər üçün maraqlı, yaddaqalan səhnəişi hazırlayıb.

Qeyd edək ki, tamaşanın istər məşq, istərsə də qəbulu prosesi sosializolyasiya qaydalarına əməl olunaraq aparılıb.