adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Iyul 2018 12:31
18376
MƏDƏNİYYƏT

Kukla teatrı mövsümü başa vurur

Abdulla Şaiq adına Azərbaycan Dövlət KuklaTeatrı da respublikanın digər teatr-konsert müəssisələri kimi mövsümü başavurur.

86-cı teatr mövsümü də repertuartamaşalarının nümayişi ilə yanaşı yaradıcılıq planına uyğun olaraq hazırlanan yeni səhnə əsərləri, yerli vəxarici beynəlxalq teatr festivalları və müsabiqələrdən uğurlu nəticələrləzəngin olub.

"Teatrın bayramı premyeradır” prinsipinirəhbər tutan yaradıcı kollektiv iyulun 15-ə təsadüf edəcək bağlanış tədbirinidə tamaşaçılar üçün yaddaqalan etməyə çalışıb. Belə ki, həmin gün teatr üçseans olmaqla premyera tamaşa nümayiş etdirəcək.

Saat 12: 00 və 14: 00 seanslarındateatrsevərlər M. Seyidzadənin məşhur "Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəriniizləyəcəklər. Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsimərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya tam yeni quruluş verməklə müasirkukla texnikalarının köməyi ilə fərqli səhnə işi təqdim etməyə çalışıb. Birhissəlikukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı OqtayZülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədətəqdim olunacaq.

Tamaşadaəsas rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, ElnurƏliyev, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov ifa edirlər.

Saat 16:00 seansında isə rusdilli tamaşaçılara bu klassik nağıl əsasında hazırlanaraqyeni səhnə həlli və adı verilən "Üç cəsur” təqdim olunacaq. Rus bölməsi üzrəilk dəfə hazırlanan (tərcümə Q. Məsimov) bu tamaşaya da teatrın baş rejissoruQurban Məsimov quruluş verib. O, Cırtdan, Hadı və Bıdının sıx dostluğu üzərindəqurulan səhnə işinə yeni obrazlar əlavə etsə dəklassik ana xətti saxlamaqla müasir səhnə həllinə nail olub. Tamaşadarolları Rauf Babayev, Lina Məmmədova, AfətAğayeva, Adil Dəmirov, Elmira Hüseynova, Araz Həsənli ifa edirlər.

Tamaşaların nümayişindən sonra müəssisəninyaradıcı həyatında xüsusi rol oynayan əməkdaşlar rəhbərlik tərəfindən müxtəlifnominasiyalar üzrə mükafatlandırılacaqlar. Belə ki, məhsuldar aktyor, ilinaktyor və aktrisası, mövsümün perspektivli aktyoru, uğurlu fəaliyyətinə görəseçilən əməkdaşı, həmçinin, ilin rejissoru, rəssamı da seçilərək təltifolunacaq.

Teatrın rəhbərliyi ötən mövsümdə olduğu kimibu il ərzində də onunla yaxından əməkdaşlıq edən kütləvi informasiya vasitələritəmsilçilərindən bir neçə nəfəri"Teatrın dostu” mükafatı ilə təltif edəcək.