17 May 2025 11:26
163
KRİMİNAL

Küçədə azərbaycanlı qadını öldürən şəxsə ömürlük həbs VERİLDİ

Türkiyənin Sakarya vilayətində azərbaycanlı qadını qətlə yetirən şəxsə ömürlük həbs cəzası verilib.

Adalet.az xəbər verir kihadisə 2024-cü il noyabrın 20-də səhər saatlarında Adapazarı rayonunun Bahçıvan küçəsində baş verib.

32 yaşlı Şəlalə Mirzəli sevgilisi A.A. tərəfindən küçənin ortasında odlu silahla vurularaq öldürülüb. Cinayət anı təhlükəsizlik kameralarına da düşüb.

A.A. hadisədən qısa müddət sonra saxlanılıb və həbs olunub. Sakarya 2-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə o, “qadına qarşı qəsdən adam öldürmə” ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

Bundan əlavə, qanunsuz silah saxlama maddəsi üzrə ona 5 il həbs və 50 min lirə cərimə cəzası verilib.