KÜBRA ƏLİYEVA: «Gedib yalvarmalıyam?»

“Xalqın gözü tərəzidir. Hamı baxır. Mənə hər kəs Xalq artisti deyir. Amma məndən soruşmayın ki, niyə o adı vermirlər. Heç vecimə də deyil, çox xoşbəxtəm”.
Adalet.az xəbər verir ki, bu sözləri “Bizimləsən” proqramında Əməkdar artist Kübra Əliyeva deyib. O, fəxri adlarla bağlı gileyini dilə gətirib:
“Bu gün xalqım məni sevib əzizləyir. Bu adımla fəxr edirəm, lakin Xalq artisti olmalıyam. Dünən 74 yaşım oldu. Həyatımın 42 ilini teatra vermişəm. Ac-yalavac, sürünə-sürünə...
Mənim evimə çəkilişə gəlmək istəyirdin. Dedim, evimin çəkiləsi halı yoxdu. Mən 1920-ci ildə tikilən, köhnə, çürük evimdə xoşbəxtəm. Hərdən nəvəm deyir, Kübüş, bu qapıları dəyişdir. Deyirəm, mən o qapıları 1985-ci ildə qoydurmuşam, onu çıxartsalar, qırğın olar, tökülər. Arb TV gəldi çəkdi. Sosial şəbəkələrdə şərh yazıblar ki, Elgiz bəy, nə olar Kübra xanımın evini təmir etdirin. Etdirərəm amma çürükdür, əlimi vursam, tökülər. Heç kimin evində gözüm yoxdur. Mənim qarşımdan teatra girib, keçəndə, heç nəyi olmayan adamlar hər şey alıblar. Bütün ordenləri alıblar, elə bil Kübra teatrda yoxdur. Nə etməliyəm? Gedib yalvarmalıyam? Onu bacarmadım. Nazirliyə gedib, deməliyəm ki, əzizim nazir, mən 42 il teatrda işləmişəm, 74 yaşım oldu, bir məktubla məni təbrik et? Məni təbrik edənlər, xalqım sağ olsun. Hər kəsin qiymətini sağlığında verin.
Mən sağam, teatrda çalışmıramsa, tərəf müqabillərim həyatda olmadığı üçündür. Siyavuş Aslan olsa, teatra gedib işləmərəm? Sağ olsun, yeni nazirimiz (Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazirin birinci müavini Adil Kərimli, - red.), eşitdim ki, bir neçə sənətçimizlə maraqlanıb. Onu təbrik edirəm, inanırıq və onu alqışlayırıq”.
Əntiqə
Digər Xəbərlər

Xalq artisti Hacı Murad Yegizarovun nəşi sabah Azərbaycana gətiriləcək

Leyla Əliyeva "Nine Senses Art Center"dəki sərgiyə baxış keçirib

“Cavanlıqda canımın qədrini bilmədim...” – Şeyx Əbdül əməliyyat olundu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə - FOTOLAR

153-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - FOTOLAR

Xalq artisti Hacı Murad Yagizarov vəfat etdi

Anar Ələkbərov “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisində - FOTOLAR
