Kubada yanacaq tükənir
Kuba hakumiyyəti bildirir ki, ABŞ prezidenti Donald Trampın Kubaya yanacaq göndərən ölkələrə qarşı əlavə rüsumlar tədbiq etməsindən sonra, ölkəsi Venesuela və Meksikadan yanacaq almaadan məhrum olub.
Kubanın aviaşirkətləri xarici ölkələrə xəbərdarlıq edib ki, , təyyarələrinin Kuba hava limanlarında yanacaqla təmin etmək imkanları bir neçə aylıq məhdudlaşdırılıb.
Beynəlxalq avia şirkətlər Kubaya təyin olunmuş uçuşlarını ləğv etmək məcburiyyətində qalıblar.
Blimberq məlumatına görə, Meksikanın prezidrnti Klaudiya Şeynbaum bilditib ki, ölkəsi həqiqətən Trampın rüsumları artıracağından ehtiyat edərək, Kubaya yanacaq göndərilməsini dayandlrlb.
Air Canada aviaşirkəti elan edib ki, həftənin əvvəlindən Kubaya nəzərdə tutulmuş 16 reys dayandırılıb. Şirkət yaxın vaxtlarda, hazırda Kubada qalan 3 minə yaxın kanadalının ölkəyə qaytarılması üçün adaya 4 boş təyyarə göndətəcək.
ABŞ-ın siyasi təyziqi, Kubanın turizm sahəsinə ciddi zərbə vuracaq.
Rüstəm Hacıyev


Bakı -°C

