adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyul 2018 10:20
13352
DÜNYA

KRIM TATARLARI UKRAYNADAN QOPMAQ İSTƏMİR

Krımın Rusiya tərəfindən ilhaq olunmasının ilkgünlərindən buna ən çox etiraz edənlərdən biri də Krım tatarları oldu. Uzunillərin repressiya və təqiblərindən sonra müstəqil Ukraynanın tərkibində özmilli maraqlarını, mədəni muxtariyyətlərini qoruyub saxlamğa və inkişafetdirməyə nail olan bu əzabkeş xalq yenidən ağır günlər yaşamağa başladı. Hələ sovet dövründən Krım tatarlarınınhüquqqları uğrunda mübarizə aparan və bu yolda təqiblərlə üzləşən, həbsə atılanmilli elitanın aparıcı nümayəndələri öz xalqının milli-mədəni inkişafını haqlıolaraq Ukrayna ilə birlikdə görürdülər. Başda milli lider Mustafa Cəmilovolmaqla əksər ziyalılar və ictimai-siyasi xadimlər, eləcə də uzun illər xalqınmilli iradəsinin əsas təmsilçisi kimi Krım tatarlarının rəğbətini qazanmışKrım-Tatar Məclisi daim öz xalqının yanında olmuş, onun maraqlarının, arzu vəistəklərinin keşikçisi rolunu oynamışdır.

İlhaqdan sonra Rusiya hakimiyyət orqanlarıtatarların "könlünü almaq”, onları öz tərəfinə çəkmək üçün çox canfəşanlıqgöstərsə də heç cürə buna nail ola bilmir. Təbii ki, bu yolda əski imperiyaənənələrinə, oyun qaydalarına əsaslanan Moskvanın əsas silahıkollaborasionistlərdir. Çünki ipə-sapa yatmayan istənilən xalqın ramedilməsinin ən sınanmış üsullarından biri də həmin xalqın öz nümayəndələriarasından seçilmiş adamlardan istifadə etməkdir. Ancaq yarımadanın işğalındandörd ildən çox vaxt keçsə də Rusiya hələ də bu istiqamətdə ciddi bir irəliləyişənail ola bilmir, onun saysız- hesabsız təşəbbüsləri və vurnuxmaları ciddinəticə vermir.

HazırdaKrım Respublikası kimi təmtəraqlı bir adverilməsinə rəğmən, faktiki olaraq hansısa, lap dəqiqi Cənub Federal Dairəsinintərkibində balaca bir vilayət statusu daşıyan məmləkətin sayca üçüncü millətiolan tatarların arasında növbəti adminstrativ böhran yaşanır. Krım DövlətŞurası sıdrinin müavini Rəmzi İlyasov öz vəzifəsindən istefa verib, onun yerinəparlamentin millətlərarası münasibətlər komitəsinin sədri Edip Qafarov təyinedilib. Həmin bu Rəmzi İlyasov vaxtilə yuxarıda adını çəkdiyimiz, 2016-cı ildəisə Rusiya hökumətinin ekstremist təşkilatlar siyahısına daxil etdiyiKrım-Tatar Məclisinin üzvlərindən biri olub. Hələ 2013-cü ildə Krım-TatarMəclisinin sədliyinə seçkilərdə Rifat Çubarova uduzan ( Çubarov indi UkraynaAli Radasının deputatıdır) Rəmzi İlyasov 2014-cü ildə "Kırım” adlı təşkilatyaradaraq keçmiş uğursuzluqlarını kompensasiya eləməyə çalışır. O, elə həmin il"Vahid Rusiya” partiyasının siyahısıyla ( üçüncü yerdə) seçkilərə qatılaraqdeputat və vitcespiker olur. Yəni, vaxtilə öz xalqından ala bilmədiklərinisədaqətlə qulluq elədiyi ruslardan alır. Ağaları onu hətta tatar xalqının millilideri adlandırıraraqMustafa Cəmilovkimi hələ sağlığında əfsanəyə çevrilmiş birşəxsiyyətlə eyniləşdirirlər. Görünür, onu tatarların gözündə ucaltmaq üçün yox,Mustafa Cəmilovu öz xalqının gözündən salmaq üçün.

Bəzi məlumatlara görə R. İlyasov istefa ərizəsinihələ iki ay əvvəl, özü də könüllü şəkildə yazmışdı.

Bir sıra ekspertlər bu istefanı birmənalı olaraqRusiyada keçirilmiş son prezident seçkiləriylə əlaqələndirirlər. Məsələburasındadır ki, mart seçkilərində Krımda əhalinin 71 faizi seçkilərdə iştirakeləsə də, Krım tatarları arasında həmin göstərici vur-tut 10 faiz təşkil edib.Rusiya tatarları öz tərəfinə çəkmək, onları biryolluq Ukraynadan qopartmaq üçüntəkcə Remzi İlyasovlardan yox, digər vasitələrdən də gen-bol istifadə eləyir,məscidlər tikir, tatarların kompakt yaşadığı yerlərə qazlaşdırır, yollar çəkir,məktəblər, xəstəxanalar və yeni sosial obyektlər inşa edir. Ancaq bütün bunlarabaxmayaraq, istədiyinə nail ola bilmir. Göz gördüyündən qorxar, axı.

Elə buna görə də əksəriyyət R.İlyasovun istefaərizəsini könüllü yazması barədə fikirləri bölüşmür, onun Rusiyanın qəzəbinətuş gəldiyini bildirir. Çünki Moskva tatarların rəğbətini qazanmaq üçüngöstərdiyi bütün canfəşanlıqlara baxmayaraq istədiyinə, yəni tatarların ruscəmiyyətinə inteqrasiyasına nail ola bilmir.

İndi Krımın siyasi kuluarlarında başqa çağırışlareşidilməkdədir. Deyirlər ki. milli məsələnin həllində milli kadrlara yox,peşəkarlara önəm vermək lazımdır. Təbii ki, səhv yanaşmadır, milli məsələni ənyaxşı elə milli kadrlar həll edə bilər. Əlbəttə ki, xalqın etimad göstərdiyiəsl milli kadrlar, kollaborasionistlər yox. Krım tatarlarının etimadgöstərdikləri əsl milli kadrlara isə hazırda Kiyevdə oturublar, onları Krımaburaxmırlar, Krımda onlara ekstremistdamğası vurublar.

Adalet.az