adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
28 Mart 2024 11:51
420
DÜNYA

Kreml terrorla bağlı rəsmi versiyasını açıqlamayıb

Rusiyanın xüsusi xidmət orqanları Crokus Citi Hollda törədilən terror aktı ilə bağlı qəti əsaslsndıtılmış versiya üzərində dayanmaq üçün araşdırmalarını davam etdirir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. 

 Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, "hələ ki, heç kim hadisə ilə bağlı rəsmi versiyasını açıqlamayıb".

  Peskov "İzvestiya" qəzetinə müsahibəsində bildirib ki, baxmayaraq ki, istintaq hələ başa çatmayıb, ABŞ rəsmiləri öz bəyənatlarında yalnız bir versiyanı- Ukraynanın bu terror aktında iştirak etmədillərini sübut etməyə çalışırlar. "Çox maraqlıdır, görünür Vaşinqton bununla fikirləri nələrdənsə yayındırmaq istəyir".

  Terror akyını həyata keçirənlər həbs edilib və artıq ifadə verirlər. FTX-nın direktoru Aleksandr Bortnikov bildirib ki, terrorçuların verdikləri ifadələrdən görünür ki, Ukraynanın bu işdə əli var.

  Peskov Kremlin hələ ki, rəsmi versiya söyləmədiyini bəyan etsə də, görünən odur ki, Rusiya terror aktının törədilməsində Ukraynanı günahlandırmaqda israrlıdır.

  Rüstəm Hacıyev