Kreml: Hələlik Rusiyanın sərhədləri əcnəbilər üçün açılmayacaq
Rusiya hələ ki, sərhədlərini xarici dövlətlər üçün açmağı planlaşdırmır.
TASS bu barədə Kremlin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məhdudiyyətlərin koronavirus pandemiyası səbəbindən tətbiq edildiyi bildirilir. Turistlər səyahət tarixini dəyişir.Reallaşmayan səfərlərin pulları geri qaytarılır. Başqa ölkələrdə qalan vətəndaşlar mütəmadi olaraq təxliyyə edilir.
"Hələlik sərhədlərin əcnəbilər üçün açılması ilə bağlı hər hansı qərar verilməyib. Rusiyada mövcud olan bağlı sərhəd rejimi rəsmi nümayəndələrə, o cümlədən, Qələbə Günü nümayişində iştirak etmək üçün gələnlərə şamil edilmir”, - deyə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Rusiyada koronavirus pandemiyası səbəbindən Qələbə paradı iyunun 24-nə keçirilib.
Digər Xəbərlər
28 Aprel 2024 22:10
İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44