Kredit borclarına dair yenilik - Keçən il aprelin 1-dək borcu olanlara fərqli yanaşılacaq
Maliyyə Bazarlarına Nəzarət Palatası "Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nda dəyişikliklər edib.
BakuPost-un məlumatına görə, bu Qayda kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi qaydasını müəyyən edir.
Kredit tarixçəsi məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün lazım olan digər məlumatların məcmusudur. Kredit tarixçəsinin subyekti barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsdir.
Dəyişiklik kredit tarixçəsi subyektinin razılığının alınması ilə bağlıdır. Beləliklə, kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17