adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Mart 2020 09:01
32537
ŞOU-BİZNES

Kraliça Səmra küçədə rəqs elədi: “Şahzadə karantində...” - VİDEO

Bütündünyanın, bütün xalq və dövlətlərin hamısında koronavirus təhlükəsi, karantin həyəcanıyaşandığı bir zamanda bizim bəzi şou nümayəndələrimiz şou göstərməkdən çəkinmirlər.

Adalet.az xəbər verir ki, Avroviziya təmsilçilərimizdənolan Səmra Rəhimli "Instagram” hesabında küçədə rəqs etməsinipaylaşıb.

Səmra boş qalan Bakı küçələrində rəqs edib. O, rəqsini"Onlar adımı bilir, amma məni tanımırlar. Şahzadə... Karantində” şərhi iləpaylaşıb.

Müğənninin hərəkəti izləyiciləri tərəfindən tənqidləqarşılanıb. Hamı onu evdə qalmağa səsləyib.

Bundan sonra Səmra paylaşımının şərhini dəyişərəkbelə yazıb:

" İki ay əvvəl parklara, küçələrə ancaq video və şəkillərdəbaxacağımız ağlımıza gəlməzdi. Koronavirusdan dünya xilas olsun, çıxaq gəzək”.

Qeyd edək ki,müğənni Samir Bağırovun Səmranın ünvanına yazdığı "Diva! Hazır ol əzizim, butitul sənin olacaq” sözləri qalmaqal yaratmışdı. Səmra Samirə cavab olaraq dahamaraqlı bir paylaşımı ilə də yadda qalmaşdı:"Mən "diva” olmaq istəmirəm. Pərəstişkarlarımmənə "Queen Samra” ( Kraliça Səmra) deyir. Mən elə "queen” qalmaq istəyirəm”.

Əntiqə Rəşid