Körpə oğlu Anar Mədətovu təbrik etdi

Bu gün tanınmış prodüser Anar Mədətovun ad günüdür.
Adalet.az xəbər verir ki, prodüser bununla bağlı paylaşım edib. Videoda diqqət çəkən isə onun yeni doğulan övladı olub.
Belə ki, tortun üstündə "Ad günün mübarək, ata" sözləri yazılıb.
Qeyd edək ki, A.Mədətov Elnurə Mədətova ilə ailəli olub. Cütlük bir neçə il əvvəl qalmaqallı şəkildə boşanıb. Onların Aişə və Mahir adlı iki övladı var. Mahir Mədətov (Əmrəli) tanınmış futbolçudur.
A.Mədətov ikinci dəfə ailə qurub. Onun bu evlilikdən Tamerlan adlı bir oğul övladı var.
Sözügedən görüntünü təqdim edirik:
Əntiqə