Koronavirusun verdiyi dərslər! - Rahmi Turan yazır

28286 | 2020-05-04 16:42

Məlumdur, artıq evlərdən çıxmırıq. 65 yaşdan yuxarıbütün yurddaşlar həftələrdir ev dustağıdırlar. Bu həbs nə qədər davm edəcək?Bəlli deyil...

Evdə işləyir, işimizi kompüter ekranında həlledirik.

Can Pulak mənim çox köhnə dostlarımdan biridir.Mərhum Turqut Özalın baş nazirliyi və prezidentliyi dövründə onun başməsləhətçiliyini edərək ölkə idarəsində vacib vəzifələr tutmuşdu.

Can Pulak da mənim kimi ev dustağıdır. Sonzamanların dəbilə ayaqlaşıb "tele-söhbət” etdik.

"Necəsən, Can?” deyə soruşanda dedi:

- Ev işlərində xanıma kömək eləyirəm. Həyatyoldaşım Şeyda tez-tez mənə "onu elə, bunu elə, boş oturma, kömək elə” kimitəlimat verir, mən də məcbur qalıb dediklərini eləyib canımı qurtarıram.

- Bəs, yaxşı, bu lənətəgəlmiş koronavirus haqqındanə düşünürsən?

- Virus zərərlərlə yanaşı bir çox vacib mesajlar daverdi. Əvvəlcə sahib olduqlarımızın qədrini bilməyimizi öyrətdi, sonra təbiətəverdiyimiz böyük ziyanın yaratdığı təhlükələri göstərdi. Dünyanı idarə edənsistemləri yenidən gözdən keçirtməyi xatırlatdı. Kapitalizmin artıq dəyəriniitirməyə başladığına, rifahın bütün dünyaya və insanlığa bərabər və adil şəkildəbölünməsi zamanının gəldiyinə, artıq sosial ədalət anlayışının hakim olacağınaişarə etdi. Ən vacibi evlərinə qapadılan insanlar azadlığın, istədiyini etməyinqiymətini yaxşıca anladılar.

- Yəni heç bir şey əvvəlki kimi olmayacaq, eləmi?

- Bəli, karona bir miladdır. Dünyanı idarə edənlər,bütün insanlıq ağlını başına yığmağa məcburdur. Amerikanın beş zəngin ailəsi,artıq dünyanın finans rotasını bəlli etməyəcək. Müharibə sənaye çökəcək,müxtəlif viruslar və qidalar yaradan laborotoriyalar yaratmaq dövrünə girəcəkdünya.

- Yəni burunları havada gəzənqoca-qoca liderlərin xarizmasımı zədələndi?

- O liderlər və varlılar hər şeyə sahib olmağın dabir işə yaramadığını gördülər. Qapıların önündə yatan avtomobillər, banklardakıpullar-filan gələcəyə aid mövzuların arasında itib batdı. Hələ özünü çox vacibbiri zənn edənlər, çevrələrindəki insanlara yuxarıdan aşağı baxanlar hamınınbir andaca eyni dairənin içinə düşəcəyinin fərqində olmalıdırlar. İşləyənlərişlərini itirməyin panikası ilə tanış oldular. 65 yaşdan yuxarı adamlargənclərin yaşlılardan bir həmlədə imtina edə biləcəklərini acı da olsagördülər.

- 8 milyarda yaxınlaşan dünya əhalisidünyaya necə təsir göstərir?

- Əhalinin sayının artmasının dünyanın başına bəlaolduğunu istər-istəməz anlayacaq hamı. Dünyanın 7 milyarddan artıq, hətta 8milyarda yaxınlaşan sayı həzm edə bilmədiyini, bu yükü altından çıxa bilmədiyini,aclıq təhlükəsinin insanlığı sarsıtmağa başladığını başı işləyən hər kəs görür.Əhalinin sayını tənzimləmək ön plana çıxacaq. Xüsusilə, Afrika başda olmaqladünyadakı aclar, toxları rahat yaşatmayacaq. Quraqlıq insanlığı çətinə salacaq.Su gələcəyin ən bahalı qaynağına çevrilir. Əgər su neft kimi bir neçə ölkədəqalıb qazanc qapısı olaraq görüləcəksə, çox böyük problemlər yaşanılacaq.

- Bir balaca virus insanlığa acı birdərsmi verdi?

- Bəli, elmin nə qədər dəyərli olduğu qulağımızasırğa oldu. İnsanlar məscidlərə, kilsələrə belə gedə bilmədilər, amma elminqərarlarına dayadılar qulaqlarını, dediklərinə ayaq uydurmaq məcburiyyətindəqaldılar. İnsanlar Tanrının yaratdığıbütün gözəllikləri məhv etmək üçün yarışırlar. Dünyanı dəlik-deşik etdik, Ozontəbəqəsini belə deşdik. Oksigen yığan, yağış çəkən meşələri yandırdıq, ağaclarıkəsdik, dənizləri və gölləri kirlətdik, torpaqlarımızı dərmanlarla zəhərlədik,qidalarımızın genlərini dəyişdirib müxtəlif xəstəliklərin yayılmasına səbəbolduq. İndi elədiyimiz pisliklərin cavabını alırıq. İnsanlığın vecsizliyi belədavam edərsə, kim bilir bunun dalınca nə viruslar gələcək?

Günün sözü:

Nahaqq yerə deməyiblər ki, bir müsibət, min nəsihətdənyaxşıdı…


Dilimizə uyğunlaşdıran: Eminquey

TƏQVİM / ARXİV