adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Iyun 2020 21:27
18487
SAĞLAMLIQ

Koronavirusun müalicəsi üçün “ən effektiv dərman”ın zərərləri açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatının "koronavirusun müalicəsində irəliləyiş” adlandırdığı iltihab əleyhinə "deksametazon” dərmanı sözügedən xəstəliyin yüngül formalarında və ya profilaktik məqsədlə istifadə olunarsa, sağlamlığa zərər verə bilər.

Bunu "RİA Novosti”yə İsrailin Aşdod şəhərində yerləşən Assuta xəstəxanasının Pulmonologiya İnstitutunun direktoru Daniel Starobin deyib.

"Ağır xəstələrdə təsir göstərir, effektivdir, lakin bu, steroidlərin COVID-19-un yüngül formalarında təsirli ola biləcəyini ifadə etmir. Profilaktikadan heç danışmıram. Əksinə, bu məsələlərdə əks effekt verə bilər”, - deyə, oxəbərdarlıq edib.

Ekspertin sözlərinə görə, steroidlərin izafi həcmi immunsistemizəiflədir, bu isə koronavirusun ilkin və yüngül formalarında təhlükəli ola bilər.

D.Starobinsteroid qəbul edən pasiyentlərdə xəstəliyin sürətlə yüngüldən ağır səviyyəyə keçə biləcəyini də vurğulayıb.

Həkim, eyni zamanda xroniki xəstəliklərin, o cümlədən xərçəngin müalicəsi üçün davamlı olaraq steroid dərmanlarıqəbul edən xəstələrin heç bir halda bunu dayandırmamalarıbarədə də xəbərdarlıq edib.